12:42
4.5.2014
Ukraynanın şərqində daha çox qarışıqlıq gözlənir
Ukraynanın şərqində hökumət rusiyayönlü üsyançılara qarşı antiterror əməliyyatını davam etdirir.
Mayın 3-də Slavyansk şəhərində toqquşmalar barədə xəbərlər gəlib. Kramatorsk yaxınlığında isə əsgərlər təhlükəsizlik xidmətləri binasını və televiziya stansiyasını tutublar. Luqanskda isə rusiyayönlü separatçılar təhlükəsizlik xidmətinin bazasına hücum ediblər. Mariupol və Konstantinovka şəhərlərində də atışma olub.
2 gün ərzində Ukraynanın şərqində 50 nəfər həlak olub.
11:11
4.5.2014
#Ukrayna ATƏT müşahidəçiləri Almaniyaya çatıb http://t.co/j3wip1kOsH http://t.co/KpBpaevXyX
— AzadliqRadiosu (@RadioAzadliq) 4.5.2014
02:48
4.5.2014
MARİUPOL ŞƏHƏRİNDƏ GƏRGİNLİK
Donetsk vilayətində, Azov dənizi sahilində yerləşən Mariupol şəhərində də antiterror əməliyyatının başlandığı bildirilir. AzadliqRadiosu Ukrayna xidməti xəbər verir ki, şəhərin mərkəzində, Lenin və Lazantsev küçələrinin kəsişməsində Rusiyameylli fəallar təkər yandırırlar. Yaxınlıqdakı şəhər sovetinin binasını separatçılar zəbt ediblər.
Şəhərdə antiterror əməliyyatının başladığını elan edən həyəcan siqnalı və atəş səsləri eşidilir. Bəzi şahidlər iddia edir ki, gələn səslər odlu silahd atəşinin deyil, separatçıların tonqallara atdığı fişənglərin səsidir.
01:40
4.5.2014
"Novosti Donbassa" saytı xəbər verir ki, Konstantinovka şəhəri yaxınlığında Televiziya mərkəzi uğrunda separatçılarla hökumət qüvvələri arasında döyüş gedir. Xəbər verilir ki, atəş və partlayış səsləri gəlir. Daxili işlər nazirliyi faktı təsdiq edir.