NÖVBƏTİ GÜNLƏRİN XRONOLOGİYASI BURADA
Ukrayna ordusu Donetsk aeroportunu da tərk etdi
Sentyabrın 1-də Ukrayna ordusunun Donetsk aeroportunu da tərk etdiyi bildirlir. Rəsmi Kiyev hələ 1 gün əvvəl aeroportun nəzarətdə olduğunu bildirsə də, müdafiə naziri Heletey bəyan etmişdi ki, Rusiyanın nizami qoşun hissələri Donetsk şəhərinə daxil olub. 1 gün əvvəl Azadlıq Radiosunun müxbiri də aeroportun alınması xəbərini təsdiq etmirdi. Lakin Reuters agentliyi sentyabrın 2-də tərk edilmiş Donetsk aeroportunun görüntülərini yayıb. Bundan bir gün əvvəl Ukrayna ordusu Luqansk aeroportunu da əldən verməyə məcbur olmuşdu. Hər 2 aeroport təmir edildikdən sonra Rusiyadan gələn yük təyyarələrini qəbul edə bilər. Rusiyanın Kiyevə qarşı döyüşən silahlı birləşmələri ancaq quru yolları ilə deyil, hava ilə də təmin etmək imkanı qazana bilər. (Reuters)
Sizcə doğrudanmı ruslar #Ukrayna paytaxtını 2 həftəyə götürər... bəs onlara nə mane olur? #ukraine http://t.co/d1xWOQpSml
— AzadliqRadiosu (@RadioAzadliq) 2.9.2014
Ukrayna desantçılarına atəş açılır
Ukrayna ordusu gözlənilməz hücumlara məruz qalıb. Rusiya sərhəddi istiqamətindən güclü hücumlarla yanaşı, artıq ordunun dərin arxasında da pusqulara rast gəlmək olur. Sentyabrın 1-də Artyomovskdan Slavyansk şəhərinə gedən Ukrayna desantaçılarının hərbi maşın karvanına yol kənarındakı yaşıllqdan atəş açılıb.
Təhlükəsizlik və müdafiə şurasının təcili iclasını toplayan prezident Petro Poroshenko parlament fraskiyalarının rəhbərləri ilə məsləhətləşmələrdən sonra ölkədə hərbi vəziyyət elan olunması qərarından vaz keçib. Bildirilir ki, Kiyev yeni şəraitdə ordunun və təhlükəsizlik qüvvələrinin yeni taktikasını işləyir.
Sentyabrın 1-də Ukrayna müdafiə naziri bəyan edib ki, Ukrayna artıq antiterror əməliyyatlarından qonşu Rusiya ilə "Böyük müharibə"yə qədəm qoyur. Onun sözlərinə görə, Rusiya onun ölkəsində qarşı qısa mənzilli nüvə silahlarından istifadə etməyi də nəzərdə tutur.
Ukrayna müdafiə nazirinin bu bəyanatı rəsmi Moskvanın kəskin etirazına səbəb olub. Rusiya xarici işlər nazirliyi bu bəyanatı məsuliyyətsiz adlandırıb. Prezident Putin isə deyib ki, istəsə Kiyevi 2 həftəyə ala bilər.
NATO-ya cavab verən Putin #Ukrayna-nın paytaxtını almaqla hədələyir http://t.co/QDtK3cxZrD
— AzadliqRadiosu (@RadioAzadliq) 1.9.2014