#khadija Baş Prokurorluq jurnalist Xədicə İsmayılın həbsi barədə məlumat yayıb http://t.co/bZWSIpzYhk http://t.co/Ul6oP5WzRz
— AzadliqRadiosu (@RadioAzadliq) 6.12.2014
Axtarış başladı
Vəkillər Xalid Bağırov və Elton Quliyev gəldikdən sonra Xədicə İsmayılın evində axtarış başlanıb.
AzadlıqRadiosunun hadisə yerində olan əməkdaşının dediyinə görə, hal şahidlərinin seçilməsi məsələsində prokurorluq əməkdaşları ilə Xədicə İsmayılın yaxınları arasında mübahisə yaşanıb:
«Vəkillər gələnədək prokurorluq əməkdaşlıqları hal şahidlərini seçmişdilər. Bildirdiklərinə görə, qonşulardandır. Xədicənin yaxınları isə həmin şəxslərin prokurorluğun öz adamları olduğunu bildirdilər. Buna baxmayaraq, anasından başqa hal şahidi kimi, Xədicənin yaxınlarına axtarışda iştiraka icazə verilmədi».
Xədicə İsmayılın evinə axtarışa gəliblər
Bakı Prokurorluğunun 15-dək əməkdaşı axtarış aparmaq üçün Xədicə İsmayılın evinə gəlib.
Bu haqda AzadlıqRadiosuna jurnalist Əfqan Muxtarlı məlumat verib. Onun dediyinə görə, Xədicə İsmayılın ailə üzvləri, hələlik, axtarışa icazə vermirlər:
«Bir mikroavtobus, bir də minik avtomobilində gəliblər. Hazırda buradayıq. Ailə üzvləri prokurorluq əməkdaşlarını içəri buraxmır, vəkilləri çağırıblar. İstəyirlər ki, axtarış onların iştirakı ilə olsun. Gələnlər, hələlik, avtomobillərində oturub gözləyirlər».
#khadija «New York Times» Xədicənin həbsindən yazdı http://t.co/eEkJMEUQuu http://t.co/oOHVKtjuK3
— AzadliqRadiosu (@RadioAzadliq) 6.12.2014