[live-blog] Xarici səfərini yarımçıq qoyub təcili #Ukrayna-ya qayıdan prezident Petro #Poroshenko bəyan edib ki,... http://t.co/dL7NiQCivg
— AzadliqRadiosu (@RadioAzadliq) 25.1.2015
Rusiya Mariupolla Boengin vurulmasını müqayisə edir
Rusiya Dövlət Dumasının xarici əlaqələr komitəsinin sədri Aleksey Pushilin yazır ki, Mariupolun Qrad atəşi vəziyyəti gərginləşdirmək üçün həyata keçirilən təxribat ola bilər. O, ötən ilin iyulunda Ukrayna üzərində vurulan Malayziya təyyarəsinin də eyni məqsədlə həyata keçirildiyini istisna etmir. Ukrayna hər 2 hadisədə Moskvanın dəstəklədiyi separatçıları günahlandırı. Separatçılar isə Boenglə olduğu kimi, Mariupol hadisələrinə aidiyyatlarını inkar edirlər, deyirlər ki, onların mövqeləri həmin ərazini bombalamaq üçün çox uzaqda olub.İddia edirlər ki, Mariupolun yaşayış massivi Ukrayna ordusunun Qrad qurğularından atəşə tutulub. ATƏT müşahidəçiləri isə əksinə bəyan ediblər ki, yanvarın 24-də səhər Mariupol Novoazovsk yaxınlığından Qrad və Uraqan reaktiv artilleriyası ilə atəşə tutulub. Bu ərazilər ötən ilin avqust-sentyabrında separatçılar tərəfindən zəbt edilib.
Mariupolda bombardman qurbanlarının xatirəsi anıldı
Müxalifət Donbasda hərbi vəziyyət elan edilməsini istəyir
Ukraynanın keçmiş baş naziri, "Batkivshina" Partiyasının rəhbəri Yulia Timoshenko və Radikal Partiyanın sədri Oleg Lyashko eyni bəyanatla çıxış ediblər.
Onlar Luhansk və Donetsk vilayətləri ərazisində hərbi vəziyyət elan olunmasını tələb edirlər.
Lyashko bildirib ki, bu təkliflə bağlı parlamentin fraksiya rəhbərlərinin prezident Poroshenko ilə görüşünün təşkilinə çalışacaq.