Nazirlik açıqlama yayadı
Avqustun 8-də saat 18.00 radələrində Rasim Əliyev Səbail rayonu, Bayıl qəsəbəsindəki “Bayıl market” mağazasının qarşısında bir qrup naməlum şəxslər tərəfindən döyülüb. O, çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Aldığı xəsarətlərdən avqustun 9-da saat 05.00 radələrində orada vəfat edib.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluq jurnalist Rasim Əliyevin ölümü ilə bağlı birgə məlumatında belə deyilir.
Faktla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Məlumatda deyilir ki, hazırda hadisəsinin baş vermə səbəblərinin və iştirakçılarının tam dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Cinayət işinin istintaqı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin rəhbərliyinin xüsusi nəzarətindədir.
Jurnalist döyülən yerdə təhlükəsizlik kameraları var
Rasim Əliyevin atası: "Söz verdilər ki, tapacaqlar"
Jurnalist Rasim Əliyev Mehdiabad qəbiristanlığında dəfn edilib. Dəfndə yaxınları, həmkarları və siyasi xadimlər iştirak edib.