Cinayət işi açılıb
Mingəçevir Polis şöbəsində baş verən ölüm halı ilə bağlı cinayət işi açılıb. Bu barədə AzadlıqRadiosuna Daxili İşlər nazirliyinin mətbuat rəis müavini Ehsan Zahidov deyib. Onun sözlərinə görə, ölümün baş vermə səbəbləri istantaq zamanı müəyyənləşəcək.
Mingəçevirdə polislə qarşıdurma olub
Avqustun 20-də Mingəçevir şəhər Polis Şöbəsində ölüm hadisəsi olub. Şöbəyə çağırılan 27 yaşlı Bəhruz Hacıyevin bir müddətdən sonra ölüm xəbəri gəlib.
Aydın Mirzəzadə Mingəçevirdə baş verənləri şərh etmək istəmir
Mingəçevirdən millət vəkili seçilən deputat Aydın Mirzəzadə baş verən hadisəni AzadlıqRadiosuna şərh etməkdən imtina edib.
AzadlıqRadiosu Mingəçevirdən canlı yayım edir
Mingəçevirdə polis idarəsində gəncin ölümünə etiraz olaraq sakinlərin Mingəçevir kəndində polis idarəsinin qarşısında keçirdikləri etiraz aksiyasından canlı yayım.