Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 20:56

Kreml: Putin Navalny ilə bağlı bəyanat vermək fikrində deyil


Ağ Ev Rusiya müxalifətinin liderlərindən Aleksei Navalny-nın Noviçok adlı kimyəvi maddə ilə zəhərlənməsi ilə bağlı “hiddətini” ifadə edib.

ABŞ Milli Təhlükəsizlik Şurası xatırladıb ki, Rusiya bundan əvvəl də Noviçok maddəsindən istifadə edib və Birləşmiş Ştatlar Rusiyada bu işlə əlaqəsi olanların məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq icma ilə birlikdə işləyəcək.

Birləşmiş Ştatlar kəşfiyyatının materialları ilə tanış olan yüksək vəzifəli bir ABŞ rəsmisi bunu da deyib ki, Vaşinqtonun Navalny-nın Noviçok maddəsi ilə zəhərlənməsinə dair Almaniyanın gəldiyi nəticələri şübhə altına almaq üçün heç bir əsası yoxdur.

Həmin şəxs deyib ki, Noviçokdan istifadə olunması, Putinin özünə rəqib hesab etdiyi şəxslərə qarşı bundan sonra da “rəzil” hərəkətlərə hazır olduğunu nümayiş etdirib.

Kremlin “sevimli” kimyəvi silahı

ABŞ prezidentliyinə demokrat namizəd Joe Biden də Kremli Navalny-nın zəhərlənməsində ittiham edib:

“Kreml opponentinin susdurulması üçün yenə də özünün sevimli silahı olan Noviçoka əl atıb”.

Biden habelə qarşıdan gələn prezident seçkisində onun rəqibi olacaq hazırkı prezident Donald Trump-ı bu barədə susduğuna görə tənqid edib.

Bu arada ABŞ-ın respublikaçı senatorlarından Tom Cotton Almaniyanı “rusiyalıların cəzalandırılması üçün” ŞimalAxını-2 layihəsi üzrə qaz kəməri tikintisini dayandırmağa çağırmışdı.

Öz növbəsində NATO-nun baş katibi Jens Stoltenberg Aleksei Navalny-nın zəhərlənməsini “sarsıdıcı” xəbər adlandırmış, bu “cinayəti” qətiyyətlə pisləmiş və Rusiya hakimiyyətini hadisənin təfərrüatlı araşdırılmasına çağırmışdı.

Navalny avqustun 22-də Berlindəki Charite xəstəxanasına gətirilib və orada reanimasiya şöbəsində hələ də ağır vəziyyətdə olaraq qalır.

Almaniya rəsmisi: Putinlə onun başa düşdüyü dildə danışmaq lazımdır
Gözlə

No media source currently available

0:00 0:02:14 0:00

Peskov: “Biz heç bir ittihamı qəbul etməyə meylli deyilik...”

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitry Peskov dünya liderlərinin Rusiya müxalifətçisi Aleksei Navalny-nın zəhərlərnməsi ilə bağlı Kremli tənqid etmələri barədə geniş şərh verib.

Almaniya hökuməti bildirmişdi ki, Navalny böyük bir ehtimalla Noviçok adlı kimyəvi maddə ilə zəhərlənib.

Peskov deyib ki, “biz heç bir ittihamı qəbul etməyə meylli deyilik, çünki bunun üçün heç bir əsas yoxdur”.

Mətbuat katibi yada salıb ki, “Rusiya ekspertlərinin götürdükləri bütün analizlər Navalny-nın orqanizmində heç bir zəhərli maddənin aşkar olunması ilə nəticələnməyib”.

Peskov ayrıca olaraq bildirib ki, Vladimir Putin yaxın günlərdə Almaniya kansleri ilə əlaqə saxlamağı planlaşdırmır və bu barədə heç bir bəyanat vermək niyyətində deyil.

Peskov deyib ki, Rusiyaya qarşı yeni sanksiyaların irəli sürülməsinə heç bir əsas yoxdur.

Almaniya hökuməti sentyabrın 2-də bildimişdi ki, Aleksei Navalny heç şübhəsiz Sovet İttifaqında kimyəvi silah kimi hazırlanmış Noviçok maddəsinə bənzər maddə ilə zəhərlərnib.

Almaniya hökuməti bununla əlaqədar Rusiyaya qarşı sanksiyaların irəli sürülə biləcəyini bildirmiş, kansler Merkel isə Navalny-nın zəhərlənməsini “sui-qəsd” adlandırmışdı.

Bu zəhərlənmə hadisəsi üçün məsuliyyət daşıyanların aşkar edilib cəzalandırılması zərurəti barədə Britaniyanın baş naziri Boris Johnson da bəyanat vermişdi.

XS
SM
MD
LG