Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 16:59

Putin: Sülhməramlıların sayı ‘tərəflərin razılığı ilə artırıla bilər’


Rusiya hərbçisi Xankəndidə
Rusiya hərbçisi Xankəndidə

Putinin bildirməsinə görə, real vəziyyət daha mürəkkəbdir, adamlar silaha “elə-belə sarılmayıblar”

Rusiya Prezidenti Vladimir Putin dekabrın 17-də keçirdiyi illik mətbuat konfransında Qarabağ münaqişəsi ilə bağlı sualı cavablandırıb.

Münaqişənin niyə məhz indi qızışması, Türkiyənin meydanda necə peyda olmasıyla bağlı suala cavabında Putin konfliktin xarici müdaxilədən alovlanmasına şübhəsini bildirib. Onun sözlərinə görə, gərginlik illərlə davam edib və vəziyyət artıq nəzarətdən çıxıb.

“Dəfələrlə toqquşmalar, atışmalar olub. Nəhayət hər şey müharibəyə çevrildi”, – dövlət başçısı vurğulayıb.

Adamlar silaha “elə-belə sarılmayıblar”

Onun sözlərinə görə, Moskvanın Dağlıq Qarabağda mövqeyi münaqişəni qan tökülmədən tənzimləməkdir. Rusiya illər boyu belə bir mövqedən çıxış edib ki, Qarabağ ətrafındakı yeddi rayon Azərbaycana qaytarılmalı, regionda status-kvo müəyyənləşdirilməlidir. Türkiyə isə Azərbaycanın “haqq işini” müdafiə edib, işğal olunmuş ərazilərin Bakıya qaytarılmasında israr edib.

“Ermənistan Qarabağı tanımayıb və beynəlxalq hüquq nöqteyi- nəzərindən bu, Azərbaycan ərazisidir”, – Putin bildirib.

Onun bildirməsinə görə, real vəziyyət daha mürəkkəbdir, adamlar silaha “elə-belə sarılmayıblar”.

Putin deyir ki, tərəflər üçtərəfli bəyanat imzalananadək tutduqları mövqelərdə qalmalıdırlar. Onun fikrincə, atəşkəs əldə ediləndən sonra regionda sülh bərqərar olmalı, iqtisadi potensial açılmalıdır.

Sülhməramlılar

Rusiya prezidenti atəşkəsin yalnız təsadüfən pozulacağına ümidini ifadə edib.

Qarabağda sülhməramlıların sayının artırılmasına gəlincə, bunun tərəflərin razılığı ilə mümkün olduğunu vurğulayıb.

9 noyabr atəşkəs bəyanatında təmas xəttinə 2 minədək rus sülhməramlısının yerləşdirildiyi bildirilir. Azərbaycanda müxalifət, müstəqil dairələr Rusiya silahlı kontingentinin Qarabağa yerləşdirilməsini ölkənin suverenliyinə təhdid hesab edirlər.

Qarabağda tutulan yeni erməni əsirlər hara aparılıb?
Gözlə

No media source currently available

0:00 0:03:40 0:00

Azərbaycan bu il 44 günlük müharibə nəticəsində 30 ilə yaxın Ermənistan qüvvələrinin işğalı altında olmuş ərazilərinin böyük bir qisminə nəzarəti bərpa edib. Ancaq atəşkəs bəyanatı, hazırda təmas xəttinin keçdiyi ərazilər haqda ictimaiyyətə ətraflı məlumat verilməyib.

Son günlər Qarabağdan gələn xəbərlərdə Xocavənd rayonunun iki kəndində onlarla erməni hərbçinin Azərbaycan qüvvələri tərəfindən əsir götürüldüyü deyilir. Azərbaycanın Müdafiə Nazirliyi isə Xocavəndin Sur kəndində azərbaycanlı hərbçilərə qəfil hücum olunduğunu, 3 hərbi qulluqçunun öldürüldüyünü bildirib.

XS
SM
MD
LG