AzadlıqRadiosuna dəstək aksiyası
Qırğız insan haqları fəalı Bişkekdə Azadlıq Radiosunun Azərbaycan xidmətinə dəstək nümayişi keçirir.
Tanınmış insan haqları fəalı Ondurmusjh Tokhtonasyrov Azərbaycan səfirliyinin qarşısına “Azadlıq! Biz səninləyik”, “İsmayılovaya azadlıq!” şüarları ilə çıxıb və Azərbaycan hakimiyyətini başqa ölkələrə pis nümunə verməməyə çağırır.
İnsan haqları fəalı Azərbaycan hakimiyyətini jurnalistlərə qarşı zorakılıqda və söz azadlığını pozmaqda ittiham edir.
AzadlıqRadiosu əməkdaşları yenidən istintaqa çağrılır
Dekabrın 29-da AzadlıqRadiosunun jurnalistləri və texniki heyətinin yenidən dindirilməsinə başlanıb. Bu saata qədər artıq 3-4 əməkdaşın ifadəsi alınıb, birinin ifadəsi hələ davam edir.
Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər İdarəsinin müstəntiqləri AzadlıqRadiosunun əməkdaşlarına və ştatdan kənar işçilərinə ifadə vermək üçün idarəyə çağırıb və və hazırda ifadələri alınır.
AzadlıqRadiosunun vəkili Yalçın İmanov Baş Prokurorun 1-ci müavini Rüstəm Usubovun əmri ilə özü prosesə şahid qismində cəlb edildiyindən faktiki olaraq AzadlıqRadiosunun bir çox əməkdaşlarının ifadələri hüquqşünasların iştirakı olmadan alınır.
#AzadliqRadiosu Prezidentin sözçüsü Azər Qasımov Azadlıq radiosuna polis reydi haqda danışıb http://t.co/z6dwSBzFYo via @radioazadliq
— AzadliqRadiosu (@RadioAzadliq) 29.12.2014
#AzadliqRadiosu Novruz Məmmədov Daniel Bayerə cavab verir http://t.co/fLZFylyOpe via @radioazadliq
— AzadliqRadiosu (@RadioAzadliq) 29.12.2014