AzadlıqRadiosunun ünvanına yeni ittihamlar səslənir
Bir sıra mətbuat orqanlarında istintaq orqanına istinadən AzadlıqRadisonun guya çirkli pulların yuyulması və mənimsənilməsində şübhəli bilinməsi barədə məlumalarla bağlı bildirmək istəyirik ki, radio fəaliyyəti dövründə tam şəkildə şəffaf işləmiş, vergi və digər sosial müdafiə xərclərini vaxtlı-vaxtında ödəyib. Bu baxımdan da radionun çirkli pulların yuyulmasında və mənimsənilməsində ittiham edilməsi və bunun Rusiya mediyasına sızdırılması istintaq orqanının qeyri-obyektiv və qərzəli olması ilə bağlı mövqeymizi bir daha təsdiq edir və gücləndirir.
Radiojurnalistikanın faəliyyəti ilə az-çox tanış olanlar bilir ki, istintaq orqanının yaydığı xəbərdə göstərilmiş məbləğlər böyük işçi heyətinə malik olan radio əməkdaşlarının aylıq əmək haqqını, ofisin kirayə xərcləri və digər zəruri təchizat xərclərini qarşılamaq üçün böyük məbləğ deyil.
Digər tərəfdən, istintaq orqanı radionun şahid qismində dindirdiyi bütün əməkdaşlarına istintaq sirrini təşkil edən məlumatların yayılmasının yolverilməzliyi haqda xəbərdarlıq edib, iltizama qol çəkdirsə də, özü qanunsuz olaraq bu sirri təşkil edən məlumatları birtərəfli qaydada yaymaqla, əslində istintaqın bir daha qeyri-obyektiv olduğunu və yönünü müəyyən edib.
Dekabrın 29-da “İnterfaks-Azərbaycan” agentliyi istintaqa yaxın mənbələrə istinadla AzadlıqRadiosuna qarşı “çirkli pulların yuyulması” ittihamı irəli sürüldüyünü yazıb. Agentliyin xəbərinə görə artıq dekabrın 20-də “AzadlıqRadiosu”nun bank hesabına həbs qoyulub. Dekabrın 26-da isə radionun yerləşdiyi binada axtarış aparılıb:
““AzadlıqRadiosu”nun fəaliyyəti ilə bağlı bir sıra şahidlər dindirilib. Onlardan biri, Şahvələd Namazov öz ifadəsində bildirib ki, o, “Fərqli düşüncə” qəzetinin təsisçisidir. Qəzet 2009-cu ildə “AzadlıqRadiosu”nun saytında yayılan materialların dərc edilməsi məqsədi ilə yaradılıb.
Müqaviləyə görə, “AzadlıqRadiosu” qəzetin hər nömrəsinə görə onun bank hesabına 900 manat, 2011-ci ilin oktybar ayının sonundan etibarən 1300 manat köçürməyə başlayıb. Qəzet həftəlik qəzet olub və bəzən ayda 1-2 dəfə işıq üzü görüb. Qəzet 2014-cü ilin may ayına qədər dərc edilib və pulsuz paylanıb.
“Hazrda “AzadlıqRadiosu”nun fəaliyyəti araşdırılır və istintaq zamanı artıq bir necə ciddi qanun pozuntusu faktı aşkarlanıb. İstintaq orqanları radionun çirkli pulların yuyulmasında iştirak etməsindən və bu pulların bir hissəsini mənimsəməsindən şübhələnir.”
Məlumatda adı çəkilən jurnalist Şahvələd Çobanoğlu da bildirir ki, onun AzadlıqRadiosu ilə əməkdaşlığında və “Fərqli Düşüncə” qəzetinin çapında hər hansı qanunsuz bir əməl yoxdur:
“Qəzet qanuni şəkildə fəaliyyət göstərib, qanuni şəkildə qeydiyyatdan keçib, vergilər ödənilib, nüsxələri də pulsuz şəkildə paylanıb. İndi Azərbaycan hakimiyyəti prokurorluğun əli ilə qanun çərçivəsində bir işi cinayət kimi qələmə verir.
Əslində isə bizi məhz elə fərqli düşündüyümüzə görə cəzalandırmaq istəyirlər. Bu, eləcə də AzadlıqRadiosu əməkdaşlarının istintaqa çəkilməsi, ofisinin möhürlənməsi ölkədə söz və media azadlığına basqıdan başqa bir şey deyil.”
#AzadliqRadiosu ABŞ rəsmisi: "Kerry Əliyevlə telefonla danışıb" http://t.co/vfdPN9eWOe via @radioazadliq
— AzadliqRadiosu (@RadioAzadliq) 30.12.2014
Dekabrın 30-da AzadlıqRadiosunun əməkdaşlarının Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər İdarəsində dindirilməsi davam edib. Həmin gün Radionun daha iki əməkdaşı müstəntiqlərin suallarını cavablandırıb.
Radionun Bakı bürosunun keçmiş koordinatoru 3 saata yaxın dindirilib - sözügedən idarədə istintaq olunan cinayət işi ilə bağlı şahid qismində. Dindirmədə onu hüquqşünas Namizəd Səfərov müşayiət edib.
Xədicə İsmayılı ev dustaqlığına buraxmadılar
Bakı Apellyasiya Məhkəməsi AzadlıqRadiosunun araşdırmaçı jurnalist Xədicə İsmayılın Səbayel rayon məhkəməsinin qərarından şikayətini təmin etməyib.
Vəkili ona qarşı seçilmiş 2 aylıq həbs-qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəmişdi.
Jurnalisti həmkarı Tural Mustafayevi intihar həddinə çatdırmaqda ittiham edirlər.
X.İsmayıl ittihamı rədd edir.
X.İsmayıl dekabrın 5-də həbs edilib.