Ölənlərin sayı 310 oldu
Səudiyyə Ərəbistanında həcc ziyarəti-şeytana daşatma mərasimi zamanı baş verən basabasda azı 310 nəfərin öldüyü, 450 nəfərin yaralandığı xəbər verilir.
İnsident Məkkənin təxminən 15 kilometrliyində baş verib.
Azərbaycanlı zəvvarlar sağ-salamatdır
Azərbaycandan olan zəvvarlar sağ-salamatdır. Onlara xətər dəyməyib. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Sabir Həsənli AzadlıqRadiosuna belə deyib.
"İndicə ordakı yaxınlarla əlaqə saxladım, bildirdilər ki, salamtlıqdır", -söyləyib Sabir Həsənli.
Həcc ziyarəti vaxtı Mina dağında izdihamda yaralananların son sayı 450-dir
Həccdə 220 adam ölüb, 400 -ü yaralanıb
Türkiyənin Milliyyet qəzetinin son xəbərinə görə, Həcc ziyarəti zamanı Mina dağında yaranan qarışıqlıq nəticəsində azı 220 adam ölüb, 400 nəfər yaralanıb.
Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır. Ölənlərin sayının artır.
Ölən və yaralananların milli mənsubiyyəti barədə hələlik məlumat verilmir.
Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov Trend-ə bildirib ki, "hazırda zəvvarlarımızla əlaqə yaratmağa çalışılır."
İdarə rəsmisinin sözlərinə görə, hazırda bütün zəvvarlar Mina dağındadılar. Onlar 3 gün ərzində burda şeytana daş atmalıdırlar.