Həcc tarixində ən böyük fəlakətlər(siyahı)
1990-cı ilin iyulu: Məkkə yaxınlığında al-Muaissem tunelində kondensioner sisteminin sıradan çıxması ilə 1426 zəvvar öldü. Həmin gün Qurban bayramı və Həcc ziyarətində şeytana daş atılması mərasimi idi. Bütün siyahı burada
Kadyrov Məkkədə ölənlərə həsəd aparır
Çeçenistan lideri Ramzan Kadyrov bildirib ki, Məkkədə həcc ziyarətində həyatını itirmiş insanlara həsəd aparır, çünki onlar müsəlmanların müqəddəs məkanında ölüblər.
“Onlar ən müqəddəs gündə, müsəlmanların ən müqəddəs məkanında dünyasını dəyişib. Buna görə də çox xoşbəxt insanlardı, biz onlara həsəd aparırıq. Allah qoysa biz onlarla cənnətdə görüşərik,”- o bunu RSN xəbər agentliyinə bildirib.
Ölənlərin sayı 753 oldu
Məkkədə Mina dağında dünənki izdihamda ölənlərin sayı 753-ə çatıb. Bu, Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin məlumatıdır. Yaralıların sayı isə 887 nəfərdir.
Zəvvarların ölümündə Səudiyyə Ərəbistan Səhiyyə Nazirliyini günahkar hesab edirlər. Nazir Halid el Falih isə jurnalistlərə deyib ki, "Zvvarlar göstərişlərə əməl etsə idi, bu faciə yaşanmazdı. Zəvvarlar heç bir proqrama riayyət etmirdilər.”
Ölənlər arasında bir azərbaycanlı zəvvar var. Onun Məkkədə dəfn olunacağı gözlənilir.
Cəmil Həsənli: Kredit problemi "Bandotdel"lə həll olunmur
Milli Şuranın sədri Cəmil Həsənlinin müraciət yayıb. O, müraciətində iş adamlarının və bir neçə bank işçisinin həbsinə toxunub:
«Vaxtilə yüksək faizlərlə alınmış kreditlərin qaytarılması doğrudan da təhlükə altına düşüb. Lakin biz əvvəllər də yazmışıq ki, ölkənin iqtisadi və maliyyə həyatına aid problemlərin «Bandotdel» vasitəsilə «həll edilməsi» ağır nəticələrə gətirib çıxarır." Mətbuat icmalı