Üzərində 17 saylı Yasamal seçki dairəsinə aid olduğu bildirilən bu bülleteni seçici AzadlıqRadiosuna göndərib. Orada həbsdə olan bəzi jurnalist, ictimai fəal və müxalifətçilərə azadlıq tələb edilir.
22 saylı Nəsimi-Yasamal seçki dairəsinin 2 saylı məntəqəsindən verilən məlumata görə, seçicilərin barmağına mürəkkəb məntəqənin girişində vurulur.
Hüquqşünasların bildirməsinə görə, məntəqənin girişində seçicinin barmağına mürəkkəb vurulması qanunsuzdur. Onların deməsinə görə, ancaq seçiciyə bülleten verərkən onun sol barmağına mürəkkəb vurulmalıdır.
İlk dəfə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində parlament seçkiləri keçirilir. Azad olunmuş ərazilərdə 34-ü daimi, 20-i müvəqqəti olmaqla, 54 seçki məntəqəsi fəaliyyət göstərir.
Azərbaycanda parlament seçkilərində namizədlərin belə hakimiyyət ilə razılaşdırıldığı ilə bağlı iddialar səslənir. Bunu iddia edənlər nəyə əsaslanır və geri çəkilənlərin arqumenti nədir?