Bu gün, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilir.
Səsvermə 8:00 radələrində başlayıb və 19:00-da başa çatmalıdır.
125 seçki dairəsi üzrə minə yaxın (990) namizəd deputatlıq uğurunda mübarizə aparır.
Seçkilərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) başqa digər qeydiyyatdan keçmiş (25) partiyalar iştirak edir. AXCP azad və ədalətli seçkilər üçün imkan olmadığını açıqlayaraq boykot qərarı çıxarıb.
Əslində parlament seçkilərinin bu ilin noyabrında keçiriləcəyi gözlənirdi. Hakim Yeni Azərbaycan Partiyası (YAP) həmin ay ölkədə BMT-nin iqlim konfransının (COP29) keçiriləcəyini səbəb göstərərək bundan əvvəlki (VI çağırış) parlamentin vaxtından əvvəl buraxılması təşəbbüsü ilə çıxış edib.
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, Azərbaycanda 6 milyon 421 min 960 seçici var.
Seçki günü 18 yaşı tamam olan seçicilərin sayı isə 374 nəfərdir.
Ən yaşlı seçici 78 saylı Lənkəran kənd seçki dairəsinin 38 saylı məntəqəsində qeydiyyatda olan 1890-cı il təvəllüdlü Tamam Əzizovadır.
Azərbaycanda parlament seçkilərində namizədlərin belə hakimiyyət ilə razılaşdırıldığı ilə bağlı iddialar səslənir. Bunu iddia edənlər nəyə əsaslanır və geri çəkilənlərin arqumenti nədir?
İlk dəfə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində parlament seçkiləri keçirilir. Azad olunmuş ərazilərdə 34-ü daimi, 20-i müvəqqəti olmaqla, 54 seçki məntəqəsi fəaliyyət göstərir.