MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 12:00-a qədər respublika üzrə 1 milyon 309 min 522 nəfər səs verib, seçici fəallığı 20.39 faiz olub.
Eyni seçici iki ayrı məntəqədə səs verir
33 saylı Xətai seçki dairəsi. Məntəqə 2.
Müsavat Partiyasından bildirirlər ki, 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 26 saylı məntəqəsində "karusel" əməliyyatını qeydə alan partiyanın üzvü Camaləddin Heybətə təzyiq edilir.
Həmçinin əlavə edildiyinə görə, 31 saylı Suraxanı ikinci seçki dairəsində "karusel" həyata keçirən qrupun bir-neçə məntəqədə səs vermək cəhdlərini qeydə alıblar.
Sözügedən dairə və məntəqə seçki komissiyalarından "Turan"a deyilənləri təkzib ediblər.