Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:58
'-Bülletenləri hara aparırsınız?'. '-Oğurlamağa". Sumqayıtda seçkidən sonra
Gözlə

No media source currently available

0:00 0:02:38 0:00

'-Bülletenləri hara aparırsınız?'. '-Oğurlamağa". Sumqayıtda seçkidən sonra

MSK növbədənkənar parlament seçkilərinə nöqtə qoydu

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. İlkin nəticələrə görə, iqtidarda olan Yeni Azərbaycan Partiyası (YAP) deputat mandatlarının 54.4 faizini qazanıb. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ölkədə azad və ədalətli seçkilər üçün şərait olmadığını bildirərək onu boykot etmişdi. Səsvermə prosesini izləyən müstəqil müşahidəçilər və jurnalistlər çoxsaylı qanun pozuntuları qeydə alıblar. Mərkəzi Seçki Komissiyasından (MSK) bildiriblər ki, daxil olan müraciətlər şəffaf şəkildə araşdırılacaq.

Əsas məqamlar

11:21 2.9.2024

Seçkilərdə 24 deputatlığa namizədlə iştirak edən Müsavat Partiyası deputat yeri qazana bilməyib.

11:19 2.9.2024

YAP bundan əvvəlki - 2020-ci ilin fevral seçkilərində Milli Məclisdə 70 mandat qazana bilmişdi. Bu o deməkdir ki, hakim partiyanın bu dəfə Milli Məclisdəki deputatlarının sayı iki nəfər azalıb.

10:20 2.9.2024

Milli Məclisə seçkilərin ilkin nəticələri açıqlanıb:

Yeni Azərbaycan Partiyası (YAP) – 68 mandat

Bitərəflər – 44

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) – 3

Ədalət, Hüquq və Demokratiya Partiyası (ƏHD) – 2

Respublikaçı Alternativ Partiyası (REAL) - 1

Milli İstiqlal Partiyası (AMİP) – 1

Demokratik İslahatlar Partiyası (DİP)-1

Ana Vətən Partiyası (AVP) -1

Böyük Quruluş Partiyası (BQP) - 1

Böyük Azərbaycan Partiyası (BAP) – 1

Milli Cəbhə Partiyası (MCP) -1

Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) -1

09:38 2.9.2024

MSK-nın məlumatına görə, respublika üzrə seçici fəallığı 37.27 faiz olub. Bu, əvvəlki, 2020-ci il parlament seçkiləri ilə müqayisədə 9.57 faiz aşağıdır.

Davamı

XS
SM
MD
LG