Seçkilərdə 24 deputatlığa namizədlə iştirak edən Müsavat Partiyası deputat yeri qazana bilməyib.
YAP bundan əvvəlki - 2020-ci ilin fevral seçkilərində Milli Məclisdə 70 mandat qazana bilmişdi. Bu o deməkdir ki, hakim partiyanın bu dəfə Milli Məclisdəki deputatlarının sayı iki nəfər azalıb.
Milli Məclisə seçkilərin ilkin nəticələri açıqlanıb:
Yeni Azərbaycan Partiyası (YAP) – 68 mandat
Bitərəflər – 44
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) – 3
Ədalət, Hüquq və Demokratiya Partiyası (ƏHD) – 2
Respublikaçı Alternativ Partiyası (REAL) - 1
Milli İstiqlal Partiyası (AMİP) – 1
Demokratik İslahatlar Partiyası (DİP)-1
Ana Vətən Partiyası (AVP) -1
Böyük Quruluş Partiyası (BQP) - 1
Böyük Azərbaycan Partiyası (BAP) – 1
Milli Cəbhə Partiyası (MCP) -1
Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) -1