70 saylı Neftçala seçki dairəsində səyyar səsvermə ilə bağlı şikayət var.
Deputatlığa namizəd Vəfa Nağının seçki qərargahından bildirilib ki, həmin seçki dairəsi üzrə 51 min 462 nəfər seçici qeydə alınıb, səyyar səsvermə üçün müraciətlərin isə 3 min olduğu bildirilir: "Neftçala üçün bu, fantastik rəqəmdir. O qədər xəstəliyi, əlilliyi olan adam varmı rayonda? Bu, şübhələr yaradır".
Şikayətlərin birində bildirilir ki, 33 saylı Xətai birinci seçki dairəsinin 24 saylı seçki məntəqəsində səsvermə kabinəsinə eyni vaxtda iki seçici daxil olub. Onlardan birinin digərinə kömək etdiyi vurğulanır.
Müsavat Partiyasından bildirirlər ki, 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 26 saylı məntəqəsində "karusel" əməliyyatını qeydə alan partiyanın üzvü Camaləddin Heybətə təzyiq edilir.
Həmçinin əlavə edildiyinə görə, 31 saylı Suraxanı ikinci seçki dairəsində "karusel" həyata keçirən qrupun bir-neçə məntəqədə səs vermək cəhdlərini qeydə alıblar.
Sözügedən dairə və məntəqə seçki komissiyalarından "Turan"a deyilənləri təkzib ediblər.
Eyni seçici iki ayrı məntəqədə səs verir
33 saylı Xətai seçki dairəsi. Məntəqə 2.