Seçici şikayətlərində bildirilir ki, 9 saylı Binəqədi ikinci seçki dairəsinin 6 saylı məntəqəsində vebkameranın görüntüsündə tez-tez kəsintilər olur.
Habelə ayrı-ayrı şikayətçilər də vurğulayırlar ki, bəzi məntəqələrdə yerləşdirilən kameralarla bülletenlərin qutulara atılması prosesini aydın izləmək mümkün deyil .
MSK Mətbuat xidmətinin rəhbəri Şahin Əsədli "Turana" 9 saylı Binəqədi ikinci seçki dairəsinin 6 saylı məntəqəsində vebkamera ilə bağlı deyilənlər əsassız və "boş iddialar" adlandırıb. O, həmçinin əlavə edib ki, kameraların seçki qutularını göstərməməsi haqda fikirlər də düz deyil.
MSK min məntəqədə kamera quraşdırıldığını açıqlayıb. Ölkədə isə ümumilikdə 6 min 343 məntəqə olduğu bildirilir.
80 saylı Lerik - Astara seçki dairəsinin Veri kəndindəki 88 saylı seçki məntəqəsində qutuya topa bülletenlər atıldığı iddia edilir. Qeyd olunur ki, səs verən bir şəxs səsvermə kabinədən çıxaraq qutuya topa bülleten atıb.
Bu iddiaya 80 saylı Lerik - Astara Seçki Dairəsindən münasibət öyrənmək mümkün olmayıb.
Baş çəkdiyimiz kəndlərdə seçicilər, əsasən, kişilər idi. Onlardan bəziləri özləri ilə yoldaşlarının da şəxsiyyət vəsiqəsini gətirmişdilər. Amma biz olduğumuz müddətdə şəxslərin ailə üzvlərinin yerinə səsverməsinə icazə verilmirdi...
Düzəliş: 70 saylı Neftçala seçki dairəsinin 16 saylı məntəqəsi