Seçki dairəsində işarələnmiş bülletenlərin tapıldığı bildirilir
AzadlıqRadiosuna göndərilən videolarda da şikayətlər yer alır. Videoların birinin 15 saylı Yasamal birinci seçki dairəsinin 25 saylı məntəqəsində çəkildiyi iddia edilir. Həmin videoda seçkinin keçirildiyi binanın daxilində üzərində namizədlərdən birinin adı əvvəlcədən işarələnmiş bülletenlərin gizlədildiyi və sonradan üzə çıxarıldığı ilə bağlı iddiaların səsləndiyi görüntülər əks olunub.
Hələlik, həmin iddiaların yer aldığı görüntülərə sözügedən dairə seçki komissiyası və Mərkəzi Seçki Komissiyasından münasibət almaq mümkün olmayıb.
"İş yerindən göndərdilər...".
MSK: Saat 17:00-a seçici fəallığı 33.82 faiz olub.
Azərbaycanda parlament seçkilərində səsvermə saat 19:00-da başa çatıb.