►Ağdam, Zaqatala, Xətai...
Dəmqazı Ağdamda 15 yaşlı qızın həyatına son qoyub.
Bədbəxt hadisə rayonun Mahrızlı kəndində baş verib. 10-cu sinif şagirdi Məlahət Mirizadə vanna otağında qaz sızması nəticəsində boğularaq ölüb. Ailə üzvləri onun boğulmasından gec xəbər tutublar. Həkimlər 15 yaşlı qızın həyatını xilas edə bilməyiblər. Xəbəri APA yayıb..
Dəmqazından daha bir boğulma hadisəsi Zaqatalada baş verib.
Fevralın 5-də 53 yaşlı Təranə İmani də vanna otağında dəmqazından boğulub. Yaxınları onu huşsuz vəziyyətdə Zaqatala xəstəxanasına çatdırıblar. Həkimlər T.İmaninin həyatını xilas edə biliblər.
Hüquq mühafizə qurumları hər iki olayı araşdırır.
Bir gün əvvəl də dəm qazı Xətai rayonunda bir nəfərin ölümünə səbəb olmuşdu.
Rayonun M.Rüstəmov küçəsində yaşayan Rəşad Əliyevlə onun həyat yoldaşı Səbinə Sübhani mənzillərində dəmqazından zəhərlənmişdiləı.
Onlar xəstəxanaya çatdırılsalar da, R.Əliyevin həyatını xilas etmək mümkün olmayıb.
Həkimlər S.Sübhaninin vəziyyətinin də ağır olduğunu bildirirdilər...
_____________________________________________________________
Bunlara da bax:
-
«Valideynləri qızların xəstəliyini gizlədir»
-
Sahibkarın özünü yandırmasının qarşısı alındı [video]
-
Lirə düşür, Mərkəzi Bankın «sancısı» artır
_____________________________________________________________