Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:26

Patruşev: Rusiya Ukraynada NATO ilə döyüşür


Nikolay Patruşev (solda) və Vladimir Putin, arxiv fotosu
Nikolay Patruşev (solda) və Vladimir Putin, arxiv fotosu

Moskva Ukraynada ABŞ-ın başçılıq etdiyi NATO hərbi alyansı ilə döyüşür və Qərb Rusiyanı dünyanın siyasi xəritəsindən silməyə çalışır. Bu iddiayla yanvarın 10-da Prezident Vladimir Putinin müttəfiqlərindən biri, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev çıxış edib.

Putin Ukraynadakı müharibəni aqressiv və özündənrazı Qərblə ölüm-dirim savaşı kimi təqdim edir, Rusiya özünü və xalqını təcavüzkardan bütün mümkün vasitələrlə qoruyacaq. Müharibədə ciddi uğursuzluqlara baxmayaraq, Putin Ukraynada qələbə vəd edib.

“Ukraynada baş verənlər Moskva və Kiyevin toqquşması deyil – Rusiya və NATO-nun, hər şeydən əlavə Birləşmiş Ştatlar və Britaniyanın hərbi toqquşmasıdır”, – Patruşev “Argumenti i Fakti” qəzetinə müsahibəsində deyib.

Qərbin planı?

“Qərblilərin planı Rusiyanı parçalamaq, sonucda onu dünyanın siyasi xəritəsindən silməkdir”, – Patruşev vurğulayıb.

Birləşmiş Ştatlar dünyanın ən böyük təbii resurslar istehsalçısı Rusiyanı dağıtmaq istəyilə bağlı iddiaları rədd edir. Prezident Co Bayden (Joe Biden) xəbərdarlıq edib ki, Rusiya və NATO arasında münaqişə 3-cü Dünya müharibəsinə səbəb olar.

Rusiya ötən il fevralın 24-də Ukraynaya irimiqyaslı hücuma başlamaqla 2-ci Dünya müharibəsindən sonra Avropada ən çox ölümlə nəticələnən münaqişələrdən birinə səbəb olub. Bundan savayı, 1962-ci ilin Kuba Nüvə Böhranından bəri Moskva və Qərb arasında ən böyük qarşıdurma yaranıb. O zaman keçmiş Sovet İttifaqı və Birləşmiş Ştatlar nüvə müharibəsinə yaxınlaşmışdılar.

Birləşmiş Ştatlar və Qərb müttəfiqləri Rusiyanın Ukraynaya müharibəsini pisləyib. Ukrayna sonuncu Rusiya əsgəri torpağından çıxarılanadək vuruşacağını bəyan edib.

Kremldə nə düşünürlər

“Reuters” yazır ki, Putini 1970-ci illərdən tanıyan keçmiş sovet casusu Patruşevin fikirləri Kremlin ən yüksək dairələrinin nə düşündüyünə işıq salır. O 2021-ci ildə MKİ (CIA) direktoru Uilyams Börnsün (William Burns) Ukraynaya işğalla bağlı xəbərdarlığını rədd eləmişdi.

Patruşev sovetsayağı təhlilində Qərbin siyasi elitasını korrupsioner kimi təqdim edir, transmilli korporasiyaların, biznes klanlarının nəzarətində olduğunu, onların bütün dünyada “rəngli inqilablar” planlaşdıraraq icra etdiyini deyirdi.

Patruşevin fikrincə, ABŞ Əfqanıstan, Vyetnam və Yaxın Şərqdə qarışıqlıq yaradır, illərdir Rusiyanın “özünəməxsus” mədəniyyət və dilinə zərbə vurmağa çalışır.

Ötən il Ukraynanı işğal etməyə başlayan Rusiya Qərbin sərt sanksiyaları ilə üzləşib.

XS
SM
MD
LG