- Azərbaycanda yaşayan talışlar ana dillərində yalnız ailə içərisində sərbəst danışa bilir. İctimai yerlərdə bu, heç də həmişə yaxşı qarşılanmır. Bəzən ətrafdan eşidirlər ki, bu nə dildir danışırlar?
Bu sözləri milliyyətcə talış olan vəkil Ramiz Məmmədov deyir. Onun sözlərinə görə, Azərbaycanda talışların kompakt yaşadığı cənub bölgəsindəki məktəblərdə talış dilində ibtidai təhsil almaq mümkün olsa da, bu dildə tam təhsil almaq mümkün deyil:
«TALIŞLAR BU ÖLKƏDƏ İKİNCİ BÖYÜK XALQ SAYILIR, ANCAQ…»
- Talış dilində dərsliklər son dəfə 1995-ci ildə tərtib olunub. Ondan sonra dərsliklər yenilənməyib. Azərbaycanda situasiya paradoksaldır. Rəsmən talışlar bu ölkədə yaşayan ikinci böyük xalq sayılır, ancaq onlar bunu pasportlarına yazdıra bilmirlər. 1930-35-ci illərdə sovet ideologiyasına uyğun olaraq yerli türklərin adı rəsmi sənədlərdə azərbaycanlı olaraq yazıldıqdan sonra bu, ölkədə yaşayan bir sıra xalqlara, o sıradan talışlara da aid edildi.
Ramiz Məmmədov bildirir ki, bir neçə il öncə Azərbaycanda ən azsaylı xalqlardan sayılan Xınalıq camaatının dilinin və mədəniyyətinin qorunması ilə bağlı sərəncam imzalanandan sonra talışlar da milli azlıq olaraq dövlətdən eyni diqqəti gözləməkdədirlər. Ancaq hələlik gözləntilər müsbət nəticə vermir.
Statistikaya görə, Azərbaycan vətəndaşları 22 dildə danışır. Bu sırada talış, ləzgi, avar, saxur, ingiloy, tat, kürd, xınalıq, ivrit dilinin bir neçə qolu da var. Ancaq Azərbaycan vətəndaşlarının ortaq dili yerli əhalinin danışdığı türk dilidir. Stalin dönəmində türk dilinin adı Azərbaycan dilinə dəyişdirilsə də, yerli əhali arasında bu gün də bu dili türk dili adlandırırlar.
7 rayonda yaşayan ləzgilər öz dillərində təhsil ala bilmirlərAzərbaycanın Rusiya ilə həmsərhəd şimal bölgəsində daha çox ləzgilər yaşayır. Əsasən 7 rayonda yaşayan ləzgilər öz dillərində təhsil ala bilmirlər. Azərbaycanda çıxan «Samur» qəzetinin baş redaktoru Sədaqət Kərimova AzadlıqRadiosuna bildirir ki, ləzgilər məişətdə öz milli ənənələrini davam etdirirlər. Ancaq təhsil almaq, qəzet, jurnal çap etmək ciddi problem olaraq qalmaqdadır:
«AZƏRBAYCANDA LƏZGİLƏRİN TƏHSİL ALMASI BÖYÜK PROBLEMDİR»
- 1997-ci ilə qədər Azərbaycanda yaşayan azsaylı xalqlara, o sıradan ləzgilərə də dövlət səviyyəsində maddi yardımlar ayrılırdı. Ancaq indi bu siyasət davam etdirilmir. İqtisadi problemlərə görə, «Samur» qəzeti 1992-ci ildə gündəlik, daha sonra həftəlik qəzet idi. İndi isə biz yalnız ayda bir dəfə 2000 tirajla çap olunuruq. İndi Azərbaycanda ləzgilərin təhsil alması da böyük problemdir. Rusiya Federasiyasının Dağıstan vilayətindən Azərbaycana ləzgi dilində dərsliklərin gətirilməsi qadağan edilib. İndi demək olar ki, ləzgi dilində bir ədəd də olsa dərslik yoxdur. Qabaqlar Dağıstan Dövlət Universitetinin Bakı filialında ləzgi dili mütəxəssisləri hazırlanırdı. Bir neçə il öncə həmin institut da bağlandı.
Sədaqət Kərimova bidirir ki, buna baxmayaraq, Azərbaycanda yaşayan ləzgilər arasında köç problemi yoxdur. Azərbaycanın şimalında yaşayan ləzgilər bu torpaqları vətən hesab etdikləri üçün hər hansı dövlətə emiqrasiya etməyi düşünmürlər.
Azərbaycanda yaşayan yəhudilərin milli məsələ ilə bağlı heç bir problemi yoxdur. Bu sözləri, Azərbaycan Dağ Yəhudiləri İcmasının üzvü, Azərbaycanda yaşayan yəhudilərin milli məsələ ilə bağlı heç bir problemi yoxdurMilli Məclisin deputatı Yevda Abramov deyir. Onun sözlərinə görə, yəhudilərin kompakt yaşadığı Bakı və Qubada öz dillərində təhsil almaq imkanı var:
«BİZİM DANIŞDIĞIMIZ ƏSL İBRANİ DİLİ DEYİL»
- Bizim danışdığımız əsl ibrani dili deyil. Bu sırf Azərbaycanda yaşayan yəhudilərin dilidir. Bir neçə ildir ibtidai siniflərdən başlayaraq əsl ibrani dilinin tədrisinə başlanıb. Bundan başqa, Quba rayonunda xaricdəki qeyri-hökumət təşkilatlarının filialları açılıb. Onlar yəhudilərə yəhudi dilini, mədəniyyətini və tarixini öyrədir.
Eyni zamanda Milli Məclisin İnsan Haqları Komitəsinin üzvü olan Yevda Abramov deyir ki, quruma ölkədə yaşayan milli azlıqlardan milli məsələlərlə bağlı olduqca az şikayətlər gəlir:
- Daha çox talış millətindən olan ziyalı dostlarımız radio, qəzet açmaq imkanlarının məhdud olmalarından şikayətlənirlər. Ancaq onlar ölkə qanunlarına uyğun olaraq Ədliyyə Nazirliyinə müraciət edərək istəklərini reallaşdıra bilərlər.
Azərbaycanda 15 ilə yaxın dərc edilən Talış Mədəniyyət Mərkəzinin «Talışi Sədo» qəzetinin baş redaktoru Novruzəli Məmmədov 2009-cu ilin avqustunda həbsxanada vəfat edib. O, 2007-ci ildə vətənə xəyanətdə ittiham edilərək 10 il azadlıqdan məhrum edilmişdi. Hazırda bu qəzetin çapı dayandırılıb.
Bu sözləri milliyyətcə talış olan vəkil Ramiz Məmmədov deyir. Onun sözlərinə görə, Azərbaycanda talışların kompakt yaşadığı cənub bölgəsindəki məktəblərdə talış dilində ibtidai təhsil almaq mümkün olsa da, bu dildə tam təhsil almaq mümkün deyil:
«TALIŞLAR BU ÖLKƏDƏ İKİNCİ BÖYÜK XALQ SAYILIR, ANCAQ…»
- Talış dilində dərsliklər son dəfə 1995-ci ildə tərtib olunub. Ondan sonra dərsliklər yenilənməyib. Azərbaycanda situasiya paradoksaldır. Rəsmən talışlar bu ölkədə yaşayan ikinci böyük xalq sayılır, ancaq onlar bunu pasportlarına yazdıra bilmirlər. 1930-35-ci illərdə sovet ideologiyasına uyğun olaraq yerli türklərin adı rəsmi sənədlərdə azərbaycanlı olaraq yazıldıqdan sonra bu, ölkədə yaşayan bir sıra xalqlara, o sıradan talışlara da aid edildi.
Ramiz Məmmədov bildirir ki, bir neçə il öncə Azərbaycanda ən azsaylı xalqlardan sayılan Xınalıq camaatının dilinin və mədəniyyətinin qorunması ilə bağlı sərəncam imzalanandan sonra talışlar da milli azlıq olaraq dövlətdən eyni diqqəti gözləməkdədirlər. Ancaq hələlik gözləntilər müsbət nəticə vermir.
Statistikaya görə, Azərbaycan vətəndaşları 22 dildə danışır. Bu sırada talış, ləzgi, avar, saxur, ingiloy, tat, kürd, xınalıq, ivrit dilinin bir neçə qolu da var. Ancaq Azərbaycan vətəndaşlarının ortaq dili yerli əhalinin danışdığı türk dilidir. Stalin dönəmində türk dilinin adı Azərbaycan dilinə dəyişdirilsə də, yerli əhali arasında bu gün də bu dili türk dili adlandırırlar.
«AZƏRBAYCANDA LƏZGİLƏRİN TƏHSİL ALMASI BÖYÜK PROBLEMDİR»
- 1997-ci ilə qədər Azərbaycanda yaşayan azsaylı xalqlara, o sıradan ləzgilərə də dövlət səviyyəsində maddi yardımlar ayrılırdı. Ancaq indi bu siyasət davam etdirilmir. İqtisadi problemlərə görə, «Samur» qəzeti 1992-ci ildə gündəlik, daha sonra həftəlik qəzet idi. İndi isə biz yalnız ayda bir dəfə 2000 tirajla çap olunuruq. İndi Azərbaycanda ləzgilərin təhsil alması da böyük problemdir. Rusiya Federasiyasının Dağıstan vilayətindən Azərbaycana ləzgi dilində dərsliklərin gətirilməsi qadağan edilib. İndi demək olar ki, ləzgi dilində bir ədəd də olsa dərslik yoxdur. Qabaqlar Dağıstan Dövlət Universitetinin Bakı filialında ləzgi dili mütəxəssisləri hazırlanırdı. Bir neçə il öncə həmin institut da bağlandı.
Sədaqət Kərimova bidirir ki, buna baxmayaraq, Azərbaycanda yaşayan ləzgilər arasında köç problemi yoxdur. Azərbaycanın şimalında yaşayan ləzgilər bu torpaqları vətən hesab etdikləri üçün hər hansı dövlətə emiqrasiya etməyi düşünmürlər.
Azərbaycanda yaşayan yəhudilərin milli məsələ ilə bağlı heç bir problemi yoxdur. Bu sözləri, Azərbaycan Dağ Yəhudiləri İcmasının üzvü,