Piter Semnebi işini itirir

AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi

Avropa Birliyinin (AB) xarici siyasət rəhbəri Ketrin Eşton təklif edib ki, qurumun Cənubi Qafqazda və Moldovadakı xüsusi nümayəndəlikləri ləğv olunsun.
Bu təklif qurumun bir çox üzvləri üçün təəccüblü olub.

MOLDOVA VƏ CƏNUBİ QAFQAZ AB-NİN PRİORİTETLƏRİNDƏN GERİ QALIR

Avropa Birliyi üzvlərinin qəbul edəcəyi təqdirdə qurumun bu regionlarda iştirakı azalacaq və bu ölkələrin hökumətlərinin Brüsselə çıxışı məhdudlaşacaq.

Bu həm də güclü siqnaldır ki, Moldova və Cənubi Qafqaz AB-nin prioritetlərindən geri qalır.

Ketrin Eştonun sağ əli, Bitraniya diplomatı Robert Kuper mayın 28-də AB səfirlərinin görüşünün sonunda təklifi ortaya qoyub.

Kuper xanım Eştonun mayın 21-də AB xarici işlər nazirlərinə göndərdiyi məktubun üstündə geniş dayanıb.

AB-nin bir diplomatının «qeyri-müəyyən» təsvir etdiyi məktubda «xüsusi nümayəndəliklər»in strukturunun yenidən təşkil olunması üçün ümumi prinsiplər göstərilib.

Xüsusi elçilər AB-nin xarici siyasət idarəsinə hesabat verirlər. Amma onların namizədliyi 27 üzv ölkənin konsensusuyla irəli sürülür və elçilər Brusseldə üzv ölkələrin səfirləriylə daimi məsləhətləşirlər.

REGİONLAR ÜÇÜN XÜSUSİ NÜMAYƏNDƏ POSTUNA YENİDƏN BAXILSIN

Bu dəyişiklik daha çox AB-nin Cənubi Qafqaza marağının azalmasıyla izah olunmalıdır
AB-nin 11 xüsusi nümayəndəsi var
. Moldova və Cənubi Qafqaz da daxil olmaqla xüsusi nümayəndələr Sudan, Kosovo, Makedoniya, Bosniya, Mərkəzi Asiya, Əfqanıstanda işləyirlər. Xüsusi elçilər həm də Afrika və Orta Şərqdə də çalışırlar.

Xanım Eşton təklif edir ki AB-nə coğrafi uzaqlığı olan regionlar üçün xüsusi nümayəndə postuna yenidən baxılsın. İkiqat funksiya yerinə yetirən elçilər, o cümlədən Kosovo, Bosniya və Makedoniyadakı xüsusi nümayəndələrin postu saxlana bilər.

Avropa evində Cənubi Qafqaz və Moldova daha ciddi münaqişələrlə üzləşmiş ölkələrdi və onlar xüsusi nümayəndələrini - Piter Semnebi və Kalman Miszeyi itirəcəklər.

Moldova üzrə xüsusi elçi postu Avropa Komissiyası nümayəndəliyinə birləşdirilə bilər. Cənubi Qafqazdakı üç ölkənin də hər biri bu cür davranışa məruz qala bilər. Amma proses zamanı Cənubi Qafqaz AB üçün öz regional əhəmiyyətini itirə bilər.

AB-NİN CƏNUBİ QAFQAZA MARAĞI AZALIR?

Siyasi tənqidçiləri deyirlər ki, Eştonun planına görə, Sudan, Mərkəzi Afrika və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəliklər saxlanacaq. Bu ərazilər isə AB-nin sərhədlərindən daha uzaqdır, nəinki Cənubi Qafqaz. Siyasi təhlilçilər deyirlər ki, bu dəyişiklik daha çox AB-nin Cənubi Qafqaza marağının azalmasıyla izah olunmalıdır.

Almaniya, Fransa və Britaniyanın Mərkəzi Asiyada və Əfqanıstandakı öhdəliklərinə görə bu ölkədə marağı var.

Brüssel rəsmiləri bildirirlər ki, Ketrin Eştonun birinci Berlin, Paris və Londonla bağlı planlarını aydınlaşdırması gözlənir. Semnebi və Miszey ilə məsləhətləşmə aparılmayıb.

Piter Semnebi Kalman Miszeyin mandatı bu il avqustun 31-də bitir. Blokun yeni diplomatik iyerarxiyasında Moldovanın vəziyyəti elədir ki, bu ölkə Brüssellə danışıqlar üçün AB-nin üzvü olan ən yaxın qonşusu Rumıniyadan asılı olur.