Dünyanın ən məşhur postmodernistləri: Kurt Vonnequt: "Humanizmə yoluxmuş insan heç vaxt məmur olmaq, general olmaq, prezident olmaq istəməz”.
"Oxu zalı"nda başladığımız "Postmodernizm" layihəsində Qismət sizi dünyanın ən məşhur postmodernist yazarları ilə yaxından tanış edəcək..
QİSMƏT
VONNEQUTUN HUMANİZMİ
“Əgər sən bu qədər ağıllısansa, bəs niyə kasıbsan?“
“İnsanların qeydinə qalmaq lazımdır, Tanrı öz başının çarəsinə baxa bilər.”
“Telekinezə inananlar əlimi qaldırsınlar” - bu ironiya dolu qanadlı ifadələr məşhur Amerika yazıçısı Kurt Vonnequtun romanlarındandır.
Bütün zamanlarda ingiliscə yazılmış 100 ən yaxşı romandan biri hesab edilən “Sallaqxana N-5 və ya uşaqların səlib yürüşü” əsərinin müəllifi Kurt Vonnequtu Azərbaycan oxucusu 1993-cü ildə Səfər Alışarlının tərcüməsində işıq üz görmüş “Pişik beşiyi” əsərindən tanıyır.
Vonnequtun bizim dilimizə sonralar bir neçə müsahibəsi və hekayələri də tərcümə olunub, lakin az qala bütün romanları savaş əleyhinə yazılmış, insanpərvərliyin yorulmaz təbliğatçısı olan bu romançını bizim oxucular o qədər də yaxşı tanımır.
Bir gündə iki Markes kitabının nəşr edildiyi, kolumbiyalı magik realistin vitrinlərimizi işğal etdiyi və oxucularımızın məktəb xəritəsində Makondanı tapmayıb Təhsil Nazirliyindən narazı olduqları bir zamanda Kurt Vonnequt daha çox ədəbiyyatçılar arasında tanınır desək, məncə yanılmarıq.
Buna görə də Vonnequtun romanlarından danışmadan, hesab edirəm, əvvəlcə onu dünyaya gətirmək lazımdır.
Yüngülvari bioqrafiya.
Alman mənşəli amerika yazıçısı Kurt Vonnequt 1922-ci il 11 noyabrda mühafizəkar mühiti olan İndiana ştatının İndianapolis şəhərində, siyasi və teoloji məsələlərə şübhəylə yanaşan, uğur qazanmış memar ailəsində dünyaya göz açır.
Vonnequt soyadı yazıçının özünün dediyi kimi “uzaqlarda axan kiçik alman Vonnadan” gəlir.
Böyük Depressiya illərində ailəsinin maddi vəziyyəti pisləşir.
Vonnequtun ilk ədəbi təcrübəsi məktəb illərində baş tutur. O, iki il məktəb qəzetinə redaktorluq edir.
1940-cı ildə Kurt “Kornel Universiteti”nin Kimya fakültəsinə daxil olur və eyni zamanda “Cornel Daily Sun” qəzeti ilə əməkdaşlıq etməyə başlayır.
1943-cü ildə Kurt orduya yazılır və 1944-cü ildə nasistlərə əsir düşüb Drezden həbsxanasına göndərilir.
1945-ci ilin fevralında Amerika və ingilis hərbi aviasiya qüvvələri heç bir hərbi qüvvəsi, hərbi obyektləri olmayan Drezdeni bombalayırlar və bunun şahidi olmaq Vonnequta çox ağır təsir edir.
Bu bombardmanda Vonnequt və digər əsirlər zirzəmidə, sallaqxanada işlədikləri üçün sağ qala bilirlər. Drezden bombardmanında 135 min insan həlak olur. Avropa üçün rekord – çox kədərli rekord ! Vonnequt deyir ki, bu fəlakətdən yalnız bir nəfər qazanclı
çıxdı, o da onun özüdür. Çünki o hər ölüyə görə beş dollar qazanıb – “Sallaqxana N5 və ya uşaqların səlib yürüşü” romanının qonorarı şəklində.
Vonnequt müharibədən geri dönməyini də qəribə formada xatırlayır: “Mən evə qayıdanda dayım Den məni bağrına basdı və dedi : Hə, bax sən indi kişisən ! Bu sözdən sonra mən az qala həyatımda ilk dəfə olaraq bir almanı öldürəcəkdim.”
1945-ci ilin mayında, Kurt evə döndükdən sonra iki il Çikaqo Universitetində oxuyur və eyni zamanda polis idarəsində reportyor işləməyə başlayır. Bu iki il ötəndən sonra o, Skenektadiyə köçür. Burda Vonnequt məşhur “Ceneral elektrik” şirkətində PR menenceri vəzifəsində çalışmağa başlayır.
Bu işlə yanaşı o ağıldankəmlər üçün məktəbdə ingilis dili müəllimi, reklam mətnləri yazarı, “Saab” kompaniyasının ticarət nümayəndəsi kimi işlərdə çalışır və təbii ki, jurnallara çap olunması üçün dalbadal hekayələr göndərir.
1946-cı ildə Çikaqo Universiteti ona “Nağıllarda xeyir və şər” mövzusunda yazdığı işə görə antropologiyadan magistr dərəcəsini vermir.
Bu dərəcəni o sonralar “Pişik beşiyi” romanına görə alır. 1950-ci ildə “Kollers” jurnalı onun “Barnhauz haqqında məruzə” adlı hekayəsini çap edir. Növbəti il o, “Ceneral elektrik”dən qovulur və ailəsi ilə birlikdə Massaçusetsə köçür.
1959-cu ildə onun “Titanın Sirenası” romanı dərc olunana qədər Vonnequt artıq jurnallarda onlarla hekayə dərc etdirmişdi və yavaş-yavaş tanınmağa başlamışdı. “Titanın Sirenası”nın ardından onun dörd romanı dərc edilir, lakin Vonnequta dünya şöhrəti gətirən - 1969-cu ildə çap olunan “Sallaqxana N5 və ya uşaqların səlib yürüşü” romanı olur.
70-80-ci illərdə Vonnequt fəal ədəbi yaradıcılığa davam edir və onun bir-birinin ardınca “Çempionlar üçün səhər yeməyi” (1973), “Residivist” (1979), “Qalapaqoslar” (1985), “Göy saqqal” (1987), “Fokus-pokus” (1990) və nəhayət XX əsrin son onilliyində yazılmış ən parlaq əsərlərdən biri hesab edilən “Zaman zəlzələsi” (1996).
(İngiliscə romanın adı “Time quake”dir, rusca isə “Времятресение” kimi tərcümə edilib, indi gəl, bizim dildə buna qarşılıq tap! )
Bax, belə. Dünyaya xoş gəldin, Kurt!
Vonnequtun ədəbi düşüncəsi.
Kurt Vonnequt öz hekayələr toplusuna yazdığı ön sözdə yaradıcılıq yolunu belə müəyyənləşdirir: “Bircə qardaşım var və məndən səkkiz yaş böyükdür. O, məşhur alimdir. İxtisası buludlarla əlaqəli nəyinsə fizikasıdır. Adı Bernarddır və məndən daha artıq məşğul adamdır. Yadımdadır, böyük oğlu Piteri doğum evindən gətirəndə mənə yazmışdı: “İndi – məktub belə başlayırdı - mənim əsas işim nəcis təmizləməkdi”.
Bircə bacım var və o məndən beş yaş böyük idi. Qırx yaşında ölmüşdü. Onun boyu da altı futdan təxminən bir anqtrem çox idi... Ya da buna bənzər bir şey. Mələklər kimi gözəl və məlahətli – həm suda, həm də quruda. O, heykəltəraş idi. Xaç suyuna çəkiləndə adını “Alisa” qoysalar da, həmişə bunu inkar edirdi. Deyirdi ki, Alisa filan deyil. Mən razılaşırdım. Hamı razılaşırdı. Bəlkə bir gün yuxuda onun əsl adını kəşf edəcəyəm.
Onun ölümündən əvvəlki son sözləri belə idi: “Ağrı lazım deyil”. Ölüm səbəbi – xərçəng şişi.
İndi mən başa düşürəm ki, bacımla qardaşım romanlarımın əsas mövzularını təyin ediblər: nəcis təmizləmək və ağrı lazım deyil. “
Başqa bir yerdə isə Vonnequt yazıçılıqla bağlı olduqca qəribə, eyni zamanda təsirli bir bənzətmədən istifadə edir. Kurt deyir ki, bu planetdə yazıçı şaxtada bülbül kimidir. Keçmişdə şaxtaçılar quyunun dibində təhlükəli qazların olub-olmadığını yoxlamaq üçün özləri ilə bu quşu - bülbülü götürürdülər. Atmosferdə insanların hiss etmədiyi xırda dəyişiklikləri məhz bülbüllər çox həssaslıqla hiss edə bilirlər. Və belə davam edir Vonnequt: “Yazıçı – ictimai orqanizmdə həddən artıq həssas olan qəfəsdir və “qəfəs” ilk
növbədə insanlığa zərər vura biləcək şeylərə reaksiya verməlidir.”
Kurt Vonnequt müsahibələrində, universitetlərdəki görüşlərdə həmişə bir şeyi təkrar edir: onun heç bir ədəbi nəzəriyyəsi yoxdur, onun üçün yalnız bir qayda var: yazıçı bəşəriyyətə xidmət etməlidir !
Əslində, Vonnequt təkcə öz kitablarına yazdığı ön sözlərdə, yaxud romanlarında yox, həm də ilk baxışdan siyasət, həyat, hobbilər barədə danışdığı müsahibələrində də eyni mərkəzi nöqtədən – humanizmdən çıxış edir. Vonnequt yazmaq üçün özünə lazım olan mərkəzi nöqtəni, istinad nöqtəsini humanizm, insanpərvərlik kimi müəyyənləşdirib və hər dəfə yazmaq istəyən o nöqtəyə baş çəkir, ordan qidalanır, sonra yazmağa başlayır.
Müsahibələrində deyir ki, insanların sosial darvinizmə inanması onu məyus edir, ən sevdiyi söz “Amin!” , tez-tez istifadə etdiyi söz isə “üzr istəyirəm”dir.
Vonnequtun romanları.
Pişik beşiyi.
“Pişik beşiyi” romanı dinin və elmin ehkamlarına parodiya , 50-ci illərin Amerikasındakı tarixi hadisələrə yenidən baxış və metaromanlara xas olan əsərin özü özünün uydurma, qurama olmasını xatırlatması kimi postmodern elementlərlə yazılıb. Romanın başlanğıcında hekayəçinin dilindən öyrənirik ki, o bir kitab yazmaq istəyir. (o kitab həm də elə oxuduğumuz, yəni artıq yazılıb bitmiş bu romandır) Kitab atom bombalarına həsr edilib və bu barədə yazılmış kitablara, elmi məqalələrə, sənədlərə istinad edib, ilk bombanın atıldığı gün amerikalıların nə etdiyini araşdırır.
“Qulas asın. Mən indikindən daha cavan olanda, yəni iki arvad bundan əvvəl, 250 min siqaret bunda əvvəl, üç min litr spirtli içkidən əvvəl...
Bir sözlə, indikindən çox-çox cavan olanda, mən “Dünyanın sona çatdığı gün” adlı kitab yazmaq üçün material toplamağa başladım. Sənədli kitab yazmağı qərara almışdım. Kitab Yaponiyanın Xirosima şəhərinə ilk atom bombasının atıldığı gün məşhur amerikalıların nə ilə məşğul olduqları haqda bir hesabat kimi düşünülmüşdü.
O kitab xaçpərəst ruhlu bir kitab olmalı idi. Onda mən xaçpərəst idim. İndi bokonistəm” “Pişik beşiyi”ndə intertekstuallıq effektiv üsulla təmin edilir. Mətndəki sitatlar yalnız rəqəmlənmiş quruca sitatlar deyil, onlar ən müxtəlif növdə olan mətnlərə istinadlardı ki, bu metod vasitəsilə Vonnequt oxucu üçün keçmiş və indi arasında paralel yaradır. Bu roman bir jurnalistin kitab yazmağının tarixçəsidir. Yazıçı Con (və ya İona) ilk dəfə atom bombası atılan gün haqqında kitab yazmaq istəyir və müxtəlif adamlarla görüşür, məktublaşır, oxuduğu kitabları, topladığı sənədləri oxucuyla bölüşür və ilk baxışda oxucuya elə gəlir ki, bütün bu qarmaqarışıq məlumat axınının mətləbə heç bir dəxli yoxdur. Lakin ilk baxışdan yazıçının bölüşdüyü bu informasiyaların heç bir məntiqi olmadığı fikri yaransa da, əslində bütün bu məlumatların bu və ya digər dərəcədə mətnə, mətləbə dəxli var.
Romanın əvvəlində, “Dünyanın sona çatdığı gün” adlı hissədə hekayəçi Herman Melvilin Amerika ədəbiyyat tarixində özünəməxsus yeri olan və dünyaca məşhur “Mobi Dik” əsərinə işarə vurur. Melvilin romanının ilk cümləsi belədir : “Məni İsmail çağıra bilərsiniz”, Vonnequt isə belə başlayır : “Məni İona çağıra bilərsiniz”. Bu barədə tənqidçi Marvin Tomasın fikri belədir: necə ki, Melvilin təhkiyəçisi İsmail manyak kapitan Ahava və Mobi Dik barəsində danışaraq həm də öz varlığını gün işığına çıxarmış olur, eyni qayda ilə də İona atom bombasının atası və onun ailəsi Honnikerlər haqqında danışmağa başlayaraq özünü faş edir. Marvin həmçinin iddia edir ki, Makkeyb dağı da intertekstual elementdir. Həm Makkeyb dağının, həm də Mobi Dikin güclü əks-səda yaratmaq hünəri var. Makkeyb dağının əks-səda yaratması aydındır, Mobi Dik isə okeanda bu öz nəhəngliyi, vahiməsi ilə bu cür əks səda yaradır. Heç kim Mobi Diki tuta bilmədi və heç kim Makkeyb dağına çıxa bilmədi.
Vonnequt Əhdi-ətiqə və Əhdi-cədidə də parodik-ironik münasibət bəsləyir. O düşünür ki, xüsusi, mütləq həqiqət ola bilməz. Həqiqət dəyişir, inkişaf edir və yalnız insan bu dəyişkən həqiqət arxasınca düşüb özünü kəşf edə bilər, bu isə insanı mütləq gətirib humanizmə çıxarmalıdır. O ideyaların cəmlənməsini tənqid edir və deyir ki, hər bir insan bizə təqdim edilən “vahid” həqiqət əsasında öz həqiqətini yaratmalıdır.
127 qısa fəsildən ibarət “Pişik beşiyi” romanında Vonnequt sona qədər kollaj üsulundan istifadə edir. Kitablardan, qəzetlərdən, jurnallardan hissələr, məktublardan parçalar - hamısı romanın sonuna qədər oxucunun ixtiyarına verilir və bütün bu sonsuzluq hissi
yaradan informasiya bolluğu içində yazıçının ürəyiyumşaq səsi həmişə bizi müşayiət edir, biz “yol”umuzu azmırıq.
Sallaqxana N-5 və ya uşaqların səlib yürüşü.
Bütün zamanların ingiliscə yazılmış 100 ən yaxşı romanından biri hesab edilən “Sallaqxana N-5” o vaxt işıq üzü gördü ki, bəni-insan övladı (Armstronq) ilk dəfə aya ayaq basdı, Amerika əsgərləri Vyetnam kəndi May-Layda dinc əhalini qırıb-çatdı...
Belə bir zamanda Vonnequt qısa zamanda kult yazıçıya çevrildi. Kitabın çağından çox keçməmiş “Sallaqxana N-5” romanı “zərərli kitablar” siyahısına düşdü və bütün məktəb kitabxanalarından yığışdırıldı. Şimali Dakotada onun kitablarını tonqala atıb yandırdılar. Vonnequtun ironiyası burda da işə düşdü : “Mən yeniyetmə olanda insanları yandırırdılar, indi isə kitabları yandırırlar. Zərər yoxdur – bu da inkişafdır.”
Amerikada hələ də “Sallaqxana N-5”dən sonra Vonnequtun birdən-birə necə məşhurlaşmasının və sonra necə sürətlə də “unudulmasının” sirrini çözmək istəyənlər, təhqiqat aparanlar var. Amma bu şöhrətin arxasında əslində, tam obyektiv səbəblər də tapmaq olar. Həmin illərdə Amerika Vyetnamla öz tarixinin “ən populyar olmayan” müharibəsini aparırdı və belə bir vaxtda Vonnequt bir müsahibə verib milyonlarla müharibə əleyhdarının fikrini ifadə etdi: “Bu müharibə göstərdi ki, biz nə qədər qəddar, amansız ola bilirik”.
Romanda Vonnequt 1945-ci ilin fevralında başına gələn, hələ gənc ikən şahidi olduğu qırğını –Drezden bombalanmasını xatırlayır və bu kitab elə bir zamanda çap olunur ki, Vyetnam müharibəsi bütün ictimai şüuru zədələmişdi, ənənəvi liberal dəyərlər baş-ayaq olmuşdu, hamıda kəskin pessimizm, ümidsizlik vardı; heç nəyin bir də düzəlməyəcəyi barədə fikirlər hamının ürəyində özünə mülk qurmağa başlamışdı. Frensis Ford Koppola elə bil məşhur filminin adı ilə o günlərdə olan bütün adamların fikri ifadə edib: “Apokalipsis bu gün”.
Bax, belə bir zamanda Vonnequtun romanı ortaya çıxır və ağrını süngər kimi içinə çəkib özündə yox eləyən, gülüşdən qırışmağı unutmuş çöhrələrə gülüş gətirən, bütün olmuş səhvlərə və olmaqda davam edən axmaqlıqlara qarşı kəskin ironiyası ilə kulta çevrilir. Romandakı bir qəhrəmanın dediyi cümlə o zamanı və Vonnequtu yaxşı ifadə edir : “Lənət gələsiniz, xeyirxah olmaq lazımdır”.
Romanın əsas personajı Billi Piliqrimdir. O, 1922-ci Nyu-Yorkda, İliumda bərbər ailəsində doğulub. İkinci Dünya Müharibəsində hərbi xidmətə çağırılana qədər bir semestr İlium Optometriya İnstitutunun gecə növbəsində təhsil alıb. Billi Avropada könüllü xidmət göstərəndə almanlar tərəfindən əsir götürülmüşdü. (Eynilə Vonnequt kimi) 1945-ci ildə fəxrlə ordudan tərxis olunduqdan sonra Optometriya İnstitutunda təhsilinə davam edir. Buradakı ikinci ilində o, institutun sahibi və təsisçisinin qızı ilə nişanlanır. Bir müddət yüngül əsəb pozğunluğundan əziyyət çəkir. Onu Plasid Gölü yaxınlığındakı hospitala yatırırlar. Burada şok müalicəsi alandan sonra buraxılır. Vonnequt roman boyu tez-tez abzasların sonunda, hansısa vacib informasiyanı verəndə, təsirli bir səhnə yazanda “olan işdir” cümləsindən istifadə edir ki, bu cümlə özündən həm ironiya daşıyır, həm də fanilik hissini qüvvətləndirir, məsələlər humanizm çaları qatır.
“1968-ci ilin əvvəllərində aralarında Billi də olmaqla bir qrup optometrist Optometrislərin Beynəlxalq Konfransında iştirak etmək üçün İliumdan Monreala uçdular. Təyyarə Vermontdakı Şuqarbuş dağında qəzaya uğradı. Hamı öldü, Billidən başqa. Olan işdir. Billi Vermont hospitalında sağalan vaxt, arvadı karbon qazı ilə zəhərlənərək ölmüşdü. Olan işdir.”
Təyyarə qəzasından sonra Billi Piliqrim evinə qayıdır və bir müddət susqun, sakit həyat tərzi keçirir. Bir dəfə o, heç bir xəbərdarlıq etmədən Nyu Yorka gedib, gecə söhbətləri aparan bir radio verilişində çıxış edir və tez-tez zamandan qopduğunu deyir. İddia edir ki, 1967-ci ildə onu uçan boşqab oğurlayıb. Bu boşqab Trafalmador planetindən gəlibmiş. Onu üryan halda bu planetin insanxanasında sərgiyə çıxarıbmışlar. Yadplanetlilər onu özü kimi dünyalı olan keçmiş film ulduzu Montana Uayldheklə cütləşdirmişdilər.
Bundan sonra roman boyu biz onun müxtəlif zamanlara səyahəti və orda başına gələnləri oxuyuruq. Bu “zamandan qopmaların” əksəriyyətində o, müharibə illərinə düşür.
Vonnequt Piliqrim soyadını təsadüfən seçməyib. Sözün mənası “zəvvar” deməkdir. Bu mənada Billi zaman zəvvarıdır. Onu oğurlayan uşaq boşqabın gəldiyi Trafalmador planetinin də adı boş yerə seçilməyib. Trafalmador – “biz hamımız” deməkdir.
“Sallaqxana N-5” romanının əvvəlindəki Drezden bombalanması haqda kitab yazmaq istəyən və köhnə döyüş yoldaşıgilə gedən, beləliklə mətnin bir hissəsinə çevrilən Vonnequt və gerçəklikdə bunları həqiqətən yaşamış Vonnequt, üstəgəl romanda Billi Piliqrimin gözündən uydurulmuş roman dünyasında, alternativ reallıqda o günləri xatırlayan Vonnequt - bütün bu vonnequtlar bir güzgünün sınması, parçalanması effektini yaradır.
Romanın əvvəlində Vonnequt Drezdenlə bağlı necə material yığması və köhnə müharibə yoldaşı Bernard V. O’Heyrə zəng vurub o illəri xatırlamaq, söhbət etmək üçün görüş istəməsi də təsvir edilib. Yalnız bu məlumatları alandan sonra biz romanın lap əvvəlindəki iki ithafı başa düşürük: “Meri O’Heyr və Gerhard Müllerə həsr olunur.”
Vonnequt yazır ki, Meri O’Heyr onun köhnə döyüş dostu Bernarın həyat yoldaşıdır. Meri onun bu kitabı yazmağının əleyhinədir. Çünki: “Meri isə hələ də səs-küy salmağa çalışırdı. Nəhayət, o, kola götürmək üçün yenə mətbəxə gəldi. Soyuducudan bir az da buz götürüb əlüzyuyana çırpdı, hərçənd kifayət qədər buz parçası var idi. Sonra o, necə hirsli olduğunu görməyim üçün üzünü mənə çevirdi və hiss etdirdi ki, bu qəzəbin səbəbi mənəm. O, öz-özünə danışırdı və dedikləri geniş bir söhbətin kiçik hissəsi kimi səsləndi.
- Siz o vaxtlar uşaq idiniz. – dedi Meri.
- Nə? – dedim.
- Siz müharibəyə gedəndə uşaq idiniz, yuxarıda oynayan övladlarımız kimi!
Onun dedikləri ilə razı olduğumu bildirmək üçün başımı yellədim. Biz müharibə vaxtı uşaqlığın son dəmlərini yaşayan axmaq bakirlər idik.
- Ancaq siz bunu olduğu kimi yazmayacaqsınız, elə deyil? – Bu sual deyildi, ittiham idi.
- Mən, mən bilmirəm, – dedim.
- Əla, amma mən bilirəm, - dedi o, – Siz uşaq yox, əsl kişi olduğunuzu yazacaqsınız və filmlərdə sizi Frenk Sinatra, Con Ueyn kimi məşhur, müharibə sevən iyrənc gədələr oynayacaq. Müharibə elə gözəl təsvir olunacaq ki, biz daha çox qırğın görmək istəyəcəyik. Yuxarıdakılar kimi övladlar döyüşəcək.
Mən anlamışdım. Onun qəzəbinin səbəbi müharibə idi. O, nə öz uşaqlarının, nə başqalarının uşaqlarının müharibələrdə ölməyini istəmirdi. O, düşünürdü ki, kitablar və filmlər insanları müharibələrə təşviq edir. Ona görə mən sağ əlimi qaldırdım və söz verdim:
- Meri, - dedim – Bu kitabın nə vaxtsa bitəcəyindən əmin deyiləm. Yəqin ki, indiyə qədər beş min səhifəyə yaxın yazmışam və hamısı zibil qabına atılıb. Əgər mən nə vaxtsa, bu kitabı bitirsəm, şərəfimə and içirəm ki, orada Frenk Sinatra və Con Ueyn üçün rol olmayacaq.
- Bilirsiniz, – dedim – Mən onu “Uşaqların səlib yürüşü” adlandıracam.”
Bəs Vonnequtun o biri ithafa layiq gördüyü kimdir? Özü yazır ki, biz əsir olanda bizi əsirlərin olduğu sallaqxanaya aparan taksi sürücüsünün adı Gerhard Müller idi. Təbii ki biz bu adın da, o biri adlar kimi uydurma olduğunu bilirik. Çünki Gerhard Müller, əlbəttə ki, məşhur alman futbolçusunun adıdır və ithafın ikinci tərəfinə dünyaca məşhur bir futbolçunun adını yazmaqla Vonnequt elə birinci tərəfindən uydurma olmasına işarə edir.
Romanın necə yazıldığının nəql edildiyi birinci fəslin sonunda Vonnequt əsərin ilk və son cümləsini yazır; sanki əvvəlcədən başlanğıc və son haqqında məlumat verməklə oxucunun bir azdan oxumağa başlayacağı Billi Piliqrimin zamanda sıçrayışlarına hazırlayır, təbii ki, eyni zamanda postmodern romanlara xas olan o məşhur fəndi təkrarlayır. Əsər öz diliylə deyir ki, mən quramayam :
“Kitab belə başlayır:
“Qulaq as-
Billi Piliqrim zamandan qopmuşdu.”
Və belə bitir:
“Cik-çirik?”
Vonnequta görə yazıçının əsas vəzifəsi bircə dənədir: “insanları məmur, general, prezident olana qədər tutmaq və onları humanizmlə zəhərləmək. Humanizmə yoluxmuş insan heç vaxt məmur olmaq, general olmaq, prezident olmaq istəməz.”
Kurt Vonnequt dünya müharibəsində milyonlarla insanın öldüyü, amma nədənsə “elm əsri” adlandırılan bir dövrün - XX əsrin idi. (Bu yerdə yadımıza Adornonun sözü düşür : Osvensimdən sonra şeir yazmaq barbarlıqdır) Elə buna görə də “Pişik beşiyi” Vonnequt həm dərin hüznlə, həm də özünəməxsus ironiya ilə yazırdı: alimlər nə icad edirlər etsinlər, silah alınır.
Olan işdir.