«Karpatların dühası», «Xalqın xilaskarı» kimi təqdim olunan 71 yaşlı Çauşeskudan soruşanda ki, şəxsiyyətə pərəstiş haqda nə düşünür, cavab verirdi ki, «nə pərəstiş? Mən fəxr edirəm ki, xalqımın oğluyam və xalqımın rifahı üçün çalışıram. Bu, şəxsiyyətə pərəstişdirsə, onda bütün dünyada bunun yayılması yaxşı olardı»