Vaşinqtondakı Beynəlxalq Strateji Araşdırmalar İstitutundan Bülənt Əlirzanın fikrincə, Türkiyədəki müxalifət cəbhəsindəki canlanma iqtidarı narahat edir. Bu üzdən Ərdoğan hökuməti üzünü xarici siyasətdən daxili siyasətə yönəldib, populyarlığını artırmaq üçün istifadə edir
2009-cu ildə Həccə gedib yoxa çıxan İranlı nüvə alimi Şahram Əmiri gözlənilmədən ABŞ-da üzə çıxıb. Həcdə amerikalı agentlər tərəfindən oğurlandığını, uydurulub-bura gətirildiyini deyən alimi indi öz istəyiylə ölkəsinə göndərirlər
«Əhalinin istirahət hüququndan danışmayacağam. Bu, fundamental haqlara qarşı qoyulacaq hüquq deyil. Amma etiraf edək ki, Bakının infrasturkturu elə vəziyyətdədir ki, mərkəzdə bu cür tədbir keçirmək üçün uyğun deyil»
ABŞ Dövlət katibi Hillari Klinton Bakıda cəmi bir gün qalacaq. Amma bu bir gündə regional təhlükəsizlikdən tutmuş, enerji əməkdaşlığı, Qarabağ münaqişəsi, demorkatiya sahəsində məsələləri müzakirə edəcək. Klintonun yardımçısı Filip Qordon bu müzakirələrin çox ciddi olacağını deyir
ABŞ-da Rusiyaya casusluq ittihamıyla 11 nəfərin həbsini Moskvada az qala təxribat kimi qiymətləndirirlər. Amma həbs edilənlərin arasında gənc qızların da olması olayı Qərbdə hətta sarı mətbuatın da hadisəni diqqətdə saxlamasına səbəb olub
25 ildən çoxdur həftənin hər iş günü – gecə vaxtı canlı efirə çıxan Larry King ekranlardan getmək qərarını açıqlayıb. Səbəb isə, 7-ci arvadının ondan boşanmaq istəyidir
İslandiyada ötən ay keçirilən paytaxt Reykyavikin mer seçkilərində seçicilər əməlli-başlı məzələniblər. Digər siyasətçilərlə məzələnmək üçün partiya yaradan, seçkini məsxərəyə qoymaq üçün namizədliyini verən, uşaqlıqda ya quldur, ya təlxək olmaq istəyən, düz--əməlli orta təhsili də olmayan birini mer seçiblər...
ATƏT Qırğızıstanı konstitusiya ilə bağlı əsasən şəffaf bir referendum keçirdiyi üçün alqışlayıb. Amma Rusiya yeni konstitusiya ilə qurulacaq sistemin bəzi ekstremistlərə hakimiyyətə gəlmək imkanı yaradacağından ciddi narahat olduğunu bəyan edir
Türkiyə ordusu yenidən İraqla sərhəd bölgələrində toplanır. Əməliyyatlar sıxlaşıb, «F-16»lar, vertolyotlar, ağır texnika - hər şey PKK-yla döyüşə gedir. Bu da səbəbsiz deyil
«Economist» jurnalının son yazısında deyilir ki, Belarusla Rusiyanın qaz borcu üzündən son qarşıdurması təsadüfi deyil
Torontodakı G8 və G20-nin sammitləri öncəsi Almaniya və ABŞ liderləri arasında qlobal böhranla zəifləyən iqtisadiyyatı necə dirçəltmək məsələsində fikir ayrılığı ciddiləşir
BMT-nin hesabatına görə, Əfqanıstandan Avropaya gedən narkotik dövriyyəsi istənilən halda ya Azərbaycandan, ya da azərbaycanlıların yaşadığı ərazilərdən keçir. Narkotik ticarətinin illik dövriyyəsi isə 20 milyard dollardan da yuxarıdır
Fransanın ən iri bankı – «Crédit Agricole» komandanın düşərgəsində baş verənlərin yayımına sponsorluqdan imtina edib. Fast-fud şirkəti «Quick» Nikola Anelkanı ictimai sözçü vəzifəsindən azad edib. «Gaz de France Suez» və «Carrefour» şirkətləri isə sponsorluq müqavilələrini müvəqqəti dayandırıblar
«Bu cür halların baş verməsi yolverilməzdir. Üstəlik, burda gərəksiz, faciəvi insan ölümlərindən söhbət gedir. Bu hadisə təmas xəttindəki vəziyyətin necə həssas olduğunu və asanlıqla nəzarətdən çıxa biləcəyini göstərir»
İrandakı seçkilərdən sonra başlanan Yaşıl İnqilab zamanı çoxları internetdəki sosial paylaşım şəbəkələrinin, Facebook və Twitterin rolundan, etirazların internetlə əlaqələndirilməsindən danışırdı. Amma indi iranlılar deyir ki, bu rol qərblilər tərəfindən şişirdilib
Oş şəhərində və ətrafındakı yeni toqquşmalarda ölənlərin sayı artıq 26-ya çatıb. 400-dən çox adam yaralanıb. Qırğızıstanın müvəqqəti hökuməti bölgəyə qoşunlar yeridib və fövqəladə vəziyyət elan edib
Son vaxtlar Azərbaycanda da hansısa mövzuda dini fikirlər səsləndirəndə bunu cəhalət kimi qiymətləndirirlər. Əksər hallarda da bəzi dini tələblərə riayət etməyi cahillik adlandırırlar. Əslində cəhalət nədir, cahil kimdir
BMT-nin nüvə proqramıyla bağlı İrana qarşı qəbul etdiyi 4-cü sanksiyalar paketi İran və müttəfiqlərinin qəzəbinə səbəb olub. Çin İranın sanskiyaları düzgün başa düşmədiyini, Rusiya isə sanksiyaların öz şirkətlərinə aid edilmədiyini deyir. Amma sankisyaları müzakirə edənlər Türkiyənin Avropa Birliyinə üzvlüyünü də yada salıblar
Avstraliyadakı İqtisadiyyat və Sülh Araşdırmaları İnstitutunun illik Qlobal Sülh İndeksinə əsasən, 149 ölkədə müharibə, qarşıdurma meylləri ötən il bir qədər artıb. Ermənistan isə Azərbaycandan daha sülhpərvər reytinqini alıb
Hollandiyada keçirilən parlament seçkilərində 18 partiya iştirak edir. Təbliğat mövzuları isə İslamın yayılmasının qarşısını almaq, mühacirlərə qarşı sərt tədbirlər və iqtisadi böhrandır
Davamı