Karneqi Fondunun aparıcı elmi işçisi «Demokratiya sınaq qarşısında: Yarıavtoritarizmin dirçəlişi» adlı araşdırmasında Azərbaycanı «yarıavtoritar rejimli dövlətin klassik nümunəsi» kimi təsvir edib
Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Xavyer Solana: «Fəaliyyət Planı ayrı-ayrılıqda, hər bir ölkənin hökuməti ilə razılaşdırılır, elə təəssürat olmasın ki, ölkəni hökumət yox, Avropa Birliyi idarə edir»
Xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə aparılan danışıqlara münasibət bildirərkən belə deyib: «Çünki, çox həssas və çətin məsələlər var ki, o istiqamətdə danışıqları davam etdiririk». Nazir prezidentlərin noyabrın 28-də Minskdə görüşəcəklərini istisna etməyib
Noyabrın 14-də Avropa Birliyi və Azərbaycan Əməkdaşlıq Şurasının toplantısında «Qonşuluq Siyasəti»nə dair Fəaliyyət Planı təsdiq olundu. Planda gələcək əməkdaşlığın əsas prioritet istiqamətləri əks olunub. Birinci prioritet Qarabağ münaqişəsi ilə bağlıdır
Bu gün Avropa Birliyinin paytaxtı sayılan Brüsseldə «Böyük Qafqaz» günüdür. Avropa Birliyi Cənubi Qafqaz ölkələrinin hər üçü ilə tərəfdaşlıq və əməkdaşlıq sazişi imzalamağa hazırlaşır. Birliyin Qonşuluq siyasəti çərçivəsində uzun müddətdir müzakirə olunan Fəaliyyət Planı təsdiq olunacaq
Azərbaycan və Avropa Birliyi arasında enerji əməkdaşlığı barədə anlaşma memorandumu imzalanıb. Bu barədə Brüsseldə prezident İlham Əliyevlə görüşdən sonra Avropa Komissiyasının prezidenti Xoze Manuel Barosso məlumat verib
İlham Əliyev: «İlk dəfədir ki, Azərbaycanda jurnalist qəddarcasına öldürüldü. Bu hadisə göstərdi ki, Azərbaycanda elə qüvvələr var ki, ölkədə sabitliyin pozulmasında maraqlıdırlar»
«Karneqi» Fondunun əməkdaşı, Cənubi Qafqaz və Orta Asiya məsələləri üzrə ekspert Marta Brill Olkott deyir ki, «hakimiyyətin atadan oğula keçməsini keçid adlandırmaq çətindir. Bu mənada bu gün Azərbaycanda hələ də hakimiyyət böhranı yaşanır»
Amerıkalı ekspert Edvard Çou deyir ki, bütün dünya Azərbaycanın hansı yolu seçəcəyini diqqətlə izləyir: «Azərbaycanın qarşısındakı sınaq odur ki, Neft Fondu və digər mexanizmləri işə salaraq, gəlirlərin verdiyi imkanları sovurub puç etməsin»
İqtisadçı Zöhrab İsmayıl: «Bir tərəfdən avtomobil yolunun yenidən qurulması, o biri tərəfdən də təmiri gedir. Bu isə budcə vəsaitinin səmərəsiz istifadəsi deməkdir»
Nobel Komitəsi də bu rəydədir ki, Yunusun və onun bankının strategiyası yalnız Banqladeşdə deyil, dünyanın hər yerində milyonlarla adama yoxsulluqdan çıxmağa yardım edib
Azərbaycan Avropa Birliyinin «Qonşuluq siyasəti» çərçivəsində müzakirə olunan Fəaliyyət Planını əsasən qəbul edib. Avropa Birliyinin Cənubi Qafqaz üzrə nümayəndəsi Piter Semnebi «Azadlıq» radiosuna bildirib ki, oktyabrın ortalarında plan rəsmən təsdiq olunacaq
Ekstremal Jurnalistika Mərkəzinin rəhbəri Oleq Panfilov deyir ki, Anna Politkovskayanın qətlinin Çeçenistan mövzusu ilə bağlı olması onda heç bir şübhə doğurmur: «Niyə müstəqil istintaq? Çünki son 10-12 ildə bir dənə də olsun jurnalistin qətlinin üstü axıra kimi açılmayıb»
BMT Baş Assambleyasının 61-ci sessiyasında çıxış edən Elmar Məmmədyarov belə deyib. Azərbaycanı danışıqlardan yayınmaqda günahlandıran Ermənistan XİN başçısı Vardan Oskanyan isə bildirib ki, Azərbaycan Qarabağa nəzarət etmək üçün «mənəvi haqqını» itirib
«İstanbul bici» romanında türkçülüyü təhqir etməkdə ittiham olunan yazıçı bəraət alıb. Elif Şəfək ona qarşı sürülmüş ittihamla bağlı bildirib ki, əgər romanının personajlarından biri oğrudursa, bu hələ roman müəllifinin oğru olmasından xəbər vermir
Elçin Əmirbəyov bildirir ki, BMT-nin İnsan Haqları Şurasında dinlərə qarşı böhtan məsələsi müzakirə edilib. Azərbaycanın mövqeyi belə olub ki, son zamanlar islama qarşı artan hücumlar əsassızdır və bu, sivilizasiyalar arası dialoqa xidmət etmir
Moldovanın separatçı Dnestryanı regionunda keçirilən referenduma münasibət bildirən Londondakı Müharibə və Sülh İnstitutunun əməkdaşı, britaniyalı ekspert Tomas De Val deyir ki, bu cür referendumların münaqişələrin həllinə mənfi təsiri olur
Dünya Bankının (DB) dünya ölkələrində idarəçiliyin keyfiyyəti ilə bağlı hesabatında Azərbaycanda korrupsiyaya qarşı mübarizə və biznesin tənzimlənməsi sahəsində cüzi irəliləyiş olduğu bildirilir
«Freedom House» növbəti hesabatında da Azərbaycanı azad olmayan ölkə kimi göstərir, ölkədəki siyasi azadlıqlara 6, mülki azadlıqlara 5 bal verib. Azərbaycanla müqayisədə Gürcüstan və Ermənistan daha yaxşı qiymətə, qismən azad ölkə statusuna layiq görülüb
ATƏT-in Bakı Ofisinin rəhbəri «Böyük bizneslərə bir neçə qruplar, bir neçə ailələr nəzarət edir. Ona görə də, siyasi islahatlar bəziləri üçün iqtisadi cəhətdən ziyanlı ola bilər. Bu risk var. Buna görə də, inhisarlardan xeyir götürənlər islahatlara müqavimət göstərirlər»-deyir
Davamı