İlham Əliyevin Azərbaycanı avtoritar üsullarla idarə etdiyini yazan «Ekonomist» jurnalı ölkədə bəzi müsbət addımların atıldığını da qeyd edir. Məqalədə bildirilir ki, 1999-cu ildə ölkədə yaradılan Neft Fondunun hesabına artıq 1,6 milyard dollar vəsait cəmləşib
Mərkəzi qərargahı Nyu-Yorkda yerləşən Jurnalistlərin Müdafiə Komitəsinin rəsmisi Nina Oqnyanova: «Azərbaycan hökuməti beynəlxalq ictimaiyyətin narahatçılığına əhəmiyyət verməli və jurnalistlərə qarşı siyasi təqiblərin dayandırılması üçün əlindən gələn hər şeyi etməlidir»
Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi «Azadlıq» radiosuna bildirib ki, artıq bu ilin payızında hər üç ölkə ilə birgə fəaliyyət planı ətrafında gedən danışıqlara yekun vurulacaq. Cənab Semnebi deyir ki, «yeni format Azərbaycanı Avropa ilə bağlamaq üçün əla bir fürsətdir»
Neft analitiki Laurent Rusekas: «ABŞ bu layihəni reallaşdırmaq üçün Azərbaycan, Gürcüstan və Türkiyə arasında hökumətlərarası müqaviləni bağlatdırmaq üçün çox iş görüb. Lakin son nəticədə ən mühümü Heydər Əliyevin rolu, onun layihəyə verdiyi dəstək oldu. Onun qəti mövqeyi son nəticədə BP-nin kəmərə münasibətini dəyişməyə məcbur etdi. BP-nin də zəhməti qiymətləndirilməlidir»
Münaqişənin siyasi həllini tapmaq üçün tərəfləri lazım olan kompromisləri əldə etməyə çağıran Frank-Uolter Ştaynmayer Azərbaycanı Avropanın etibarlı və vacib tərəfdaşı adlandırıb
Zeyno Baran: «ABŞ münaqişənin həllində hər iki ölkənin xalqlarının və liderlərinin qərarına hörmətlə yanaşacaq. Amerika hər iki ölkə ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır, ancaq bundan artıq hansısa addım atacağını zənn etmirəm»
Mətyu Brayzanın «Azadlıq» radiosuna yeni müsahibəsi
Tomas de Vaal: «Sülh prosesində tam qələbə əldə etmək mümkün deyil. Bu prosesdə yalnız qələbənin yarısını və kompromis əldə edə bilərsən»
ATƏT-in Minsk Qrupundakı amerikalı həmsədri Mətyu Brayza: "Biz bu meyli Ermənistanda da görmək istərdik».
Metyu Brayza: «Razılaşma erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını, iqtisadi əlaqələrin bərpasını nəzərdə tutur»
13 ilə yaxındır ki, Azərbaycanın ABŞ-dakı səfiri vəzifəsində çalışan Hafiz Paşayevin iyulun sonlarında vəzifəsindən gedəcəyi bildirilir
Stiven Mann ABŞ Dövlət Departamentində başqa vəzifəyə keçdiyindən bundan sonra danışıqlar prosesində Birləşmiş Ştatları yeni həmsədr təmsil edəcək
Robert Koçaryan Dağlıq Qarabağın beynəlxalq aləmə inteqrasiyasının vacibliyindən, İlham Əliyevsə münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllindən danışıb
Həmsədrlər danışıqların pozitiv keçdiyini bildirirlər, amma müzakirələrin məxfiliyini nəzərə alaraq detalları barədə məlumat vermirlər
Təşkilat hesab edir ki, Azərbaycanda vətəndaşların söz və sərbəst toplaşmaq azadlığı pozulub, çoxlu sayda müxalifət fəalı və jurnalist döyülüb
ABŞ Bakıdakı səfirliyinin nümayəndəsi mayın 23-də xəstəxanada Bahəddin Həziyevə baş çəkəcək
Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində daimi nümayəndəsi Elçin Əmirbəyovla müsahibə
Ermənistanla, Gürcüstan az səs topladıqlarına görə quruma daxil ola bilməyiblər
Nə qədər paradoksal görünsə də, hazırda söhbət konfliktin bu il həllindən yox, sülh prosesinin xilasından gedir.
Dövlət Departamenti hesab edir ki, məhkəmənin bu barədə qərarı beynəlxalq normalara və qanunun aliliyinə ziddir.
Davamı