Ərdoğan partiyasının yerli seçkilərdə məğlub olduğunu etiraf edib və bundan nəticə çıxaracağına söz verib.
İyulun 1-dən yaşı 15-dən çox olan avtomobillərin taksi kimi işləməsi qadağan edilir. Nazirlər Kabinetinin yeni qərarında taksilər üçün qırmızı və ağ rəng tələbi də qeyd edilib.
Rusiya prezidenti Vladimir Putin martın 25-də keçirdiyi müşavirədə "Crocus City Hall" konsert zalına hücumu Ukrayna ilə bağlayıb.
Rusiya Ukraynanın enerji sisteminə kütləvi zərbələr endirib.
Deputat Zahid Oruc prezident İlham Əliyevin xaricdə yaşayan tənqidçilərinə yönəlik hər cür zərərsizləşdirmənin açıq elan olunmasından danışıb.
Son aylar Azərbaycanda 20-yə yaxın jurnalist və ictimai fəal həbs edilib.
Rusiyada keçirilən prezident seçkilərində Vladimir Putin qalib gəlib. Bu, onun 2030-cu ildə başa çatacaq beşinci prezidentlik müddəti olacaq. Müharibəyə qarşı çıxan namizədlər seçkilərə buraxılmayıb.
Rusiya prezidenti Vladimir Putin ölkənin hərbi-texniki baxımdan nüvə müharibəsinə hazır olduğunu bəyan edib.
4 ildir Azərbaycanın quru sərhədləri bağlıdır.
Son vaxtlar ölkədə baş verən jurnalist həbslərinə, hökumətin azad mediaya hücumuna qarşı cəmiyyətin susqunluğu müşahidə olunur.
8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. Beynəlxalq Qadınlar Gününün bayram kimi qeyd edilməsi Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq konfransında qərara alınıb.
Martın 6-da "Toplum" internet televiziyasının Bakıdakı ofisində axtarışlar aparılıb, ardınca da redaksiyanın qapıları möhürlənib. Televiziyanın bir neçə əməkdaşı qaçaqmalçılıq maddəsi ilə ittiham olunaraq saxlanılıb.
Davamı