Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetindən keçirilən beynəlxalq forumda Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelə cavab verib.
Azərbaycan Demokratik Rifah Partiyasının rəhbəri Qubad İbadoğlu aprelin 22-də ev dustaqlığına buraxılıb.
meclis.info portalının rəhbəri İmran Əliyev barəsində 2 ay 1 gün həbs-qətimkan tədbiri seçilib. Əliyev qaçaqmalçılıqda ittiham edilir. Onun elektrik işgəncəsinə məruz qaldığı, zorla sənədə qol çəkdirildiyi deyilir.
Aprelin 18-də meclis.info saytının rəhbəri İmran Əliyev Heydər Əliyev hava limanında saxlanıb. Son aylar Azərbaycanda 20-ə yaxın jurnalist və ictimai fəal həbs olunub. Onlar qaçaqmalçılıqda ittiham edilsələr də, ittihamları qurama sayır, həbslərini peşə fəaliyyətləri ilə əlaqələndirirlər.
Rusiya sülhməramlılarının Qarabağdan vaxtından əvvəl çıxarılmasına başlanıb.
Son bir neçə gündə Azərbaycanda yüz minlərlə baxış yığan tiktokerlər saxlanıb. Onların bir qismi mənəvi dəyərləri pozmaqda, etik davranmamaqda ittiham olunaraq həbs edilib.
İtaliyalı güləşçi, ikiqat dünya çempionu Frank Çamizo uduzmaq üçün Bakıda ona 300 min dollar təklif olunduğunu iddia edir.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Niderland hökumətini ifadə azadlığına hörmət etməyə, bu ölkədə aksiyalarda saxlananları, o cümlədən ətraf mühit fəalı Qreta Tunberqi buraxmağa çağırıb. Hazırda Azərbaycanda, hüquq müdafiəçilərinin hesablamalarına əsasən, 50-250 civarında siyasi məhbus var.
Aprelin 5-də Azərbaycanın və Rusiyanın etirazlarına baxmayaraq Brüsseldə Ermənistan baş naziri Nikol Paşinyan ilə ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenin üçtərəfli görüşü baş tutub.
Yeni qaydalara əsasən, iyulun 1-dən yalnız ağ və qırmızı rəngli avtomobillərə taksi olaraq qeydiyyatdan keçməyə icazə veriləcək.
SOCAR prezidenti Rövşən Nəcəf Azərbaycan Futbol Federasiyası Assosiasiyasının (AFFA) yeni prezidenti seçilib. Buna qədər quruma SOCAR-ın keçmiş prezidenti Rövnəq Abdullayev rəhbərlik edirdi. Son hesabatda Azərbaycanın futbol üzrə milli komandası FIFA reytinqində 113-cü yerdə qərarlaşıb.
Ərdoğan partiyasının yerli seçkilərdə məğlub olduğunu etiraf edib və bundan nəticə çıxaracağına söz verib.
Davamı