"Azərbaycanda növbədənkənar parlament seçkilərində seçicilərə həqiqi siyasi alternativlər təqdim olunmayıb, seçkilər fundamental azadlıqları və medianın işini məhdudlaşdıran hüquqi çərçivədə keçirilib. Amma o, effektli hazırlanıb".
Bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) və bu qurumun Parlament Assambleyasının müşahidəçiləri sentyabrın 2-də bildirib.
İlkin nəticələrə görə, köhnə parlamentdə təmsil olunan 70 YAP deputatının 2/3-si (48 nəfər) mandatını qoruyub saxlaya bilib.
İlkin rəsmi nəticələrə görə, yeni parlamentdə təmsil olunacaq deputatların 2/3-si (84 nəfər) köhnə tərkibdən qalanlardır.