ABŞ-da yaşayan türk ekspert Bülənt Əlirza bildirir ki, Türkiyə diplomatiyası ciddi problem qarşısındadır: Həm Ermənistanla müzakirələri yaxşılaşdırmaq həm də Azərbaycanla münasibətləri qorumalı?
“Freedom House”un nümayəndəsi BMT-də Azərbaycanın namizədliyini müdafiə etməmələrinin səbəbini açıqlayır.
ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Metyu Brayza bildirir ki, Qarabağ danışıqlarında prezidentlər konseptual məsələləri razılaşdırıblar, yalnız texniki məsələlər qalır.
Vaşinqtondakı Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin eksperti, doktor Bülənt Əlirza «Azadlıq» radiosunun suallarına cavab verir
Hudson İnstitununun Avrasiya Siyasəti Mərkəzinin direktoru Zeyno Baran deyir ki, martın ortasından etibarən həm Türkiyə, həm də erməni diasporası ABŞ-da lobbi fəaliyyətləri artacaq
«…o cümlədən, Azərbaycana» deyən Gürcüstanın Baş naziri Zurab Noqaydeli hesab edir ki, «Azərbaycanın hansı istiqamətdə inkişafı xalqın işidi». Cənab Noqaydelinin fikrincə, David Qareci gürcü abidəsidi və onun qayğısına hər iki ölkə qalmalıdı
2008-ci il prezident seçkiləri ilində Amerikanın Azərbaycanda vətəndaş cəmiyyətinin, o cümlədən müstəqil mətbuatın inkişafına yardımı 30 faiz azalacaq. Gələn il Azərbaycanda insan haqları sahəsinə isə Buş administrasiyası hər hansı yardım ayırmağı planlaşdırmır
ABŞ-ın Demokratiyaya Yardım Fondunun Avropa və Avrasiya ölkələri üzrə baş direktoru Nadya Dyuk deyir ki, «Azərbaycana baxanda qarışıq bir mənzərəni müşahidə edirik»
Andres Herkel deyib ki, hüquq sistemində korrupsiyanın mövcudluğu, məhkəmələrin müstəqil olmaması problem olaraq qalır: «Növbəti seçkilərə kimi sərbəst toplaşmaq azadlığı sahəsindəki problemlər həll olunmalıdır. Seçki qanununa da dəyişikliklər edilməlidir»
«Əgər Azərbaycan sözün əsl mənasında beynəlxalq aləmdə həmişəlik lider və güclü ölkə olmaq istəyirsə-mütləq demokratik ölkələrin qəbul etdiyi prinsiplərə əməl etməlidir»-bu barədə ABŞ-ın ATƏT-dəki səfiri Culi Finli Bakıya ilk rəsmi səfəri barədə «Azadlıq» Radiosuna müsahibəsində bildirib
Azərbaycanın BMT-nin Cenevrə ofisindəki daimi nümayəndəsi Elçin Əmirbəyov «Azadlıq» radiosuna bildirib ki, Şurada qərarların qəbulu məxfi xarakter daşıyır. Diplomat onu da deyib ki, Azərbaycan doğurdan da İran və Özbəkistanda insan haqları ilə bağlı araşdırmaların dayandırılmasına tərəfdar olub
Bundan narahat olan İnsan Haqları üzrə Beynəlxalq Helsinki Federasiyası bəyanatla çıxış edib. Qurum BMT-ni Özbəkistana qarşı təzyiqləri daha da artırmağa səsləyib. Federasiya hesab edir ki, Özbəkistan hökuməti 2005-ci ildə Əndicandakı qiyam zamanı dinc əhaliyə qarşı kütləvi qırğın törədib
«Vaxt yetişib. Biz addım atmalıyıq. Biz Ermənistanla əməkdaşlığa hazırıq»- bu barədə Xarici İşlər naziri Elmar Məmmədyarov martın 21-də Vaşinqtondakı beynəlxalq məsələlər üzrə Con Hopkins Universitetindəki seminarda çıxışı zamanı bildirib
Martın 20-də Xarici İşlər naziri Elmar Məmmədyarovun Vaşinqtona səfəri başlayır. Səfər ABŞ-ın Dövlət Katibi Kondoliza Rayzın dəvəti ilə həyata keçirilir. Martın 22-də Azərbaycan xarici siyasət idarəsinin başçısı Kondoliza Rayz və ABŞ-ın digər rəsmi şəxsləri ilə görüşəcək
Milli Məclisdə iki deputatın yumruq davasına çıxması qəribə görünə bilər. Lakin, buna oxşar hadisə dünyanın bir çox ölkələrinin qanunvericilik orqanlarında baş verib. Düzdür onların çoxu heç də dava salan və ya davada iştirak edən deputatın həbsi ilə nəticələnməyib
Onlardan 141 000 Birləşmiş Ştatlarındır. Bu ilin yanvarında Prezident Buş İraqa əlavə 24 000 əsgər göndərəcəyini elan edib. Hazırda İraqdakı koalisiya qüvvələrinə 21 ölkə daxildir. Böyük Britaniyanın İraqa 7.100 nəfərlik hərbi qüvvəsi var
Ermənistanın Xarici İşlər naziri danışıqlar prosesi ilə bağlı ümidsiz olmadığını deyib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında olan fikir ayrılıqları münaqişənin həlli üçün əsas prinsiplər barədə deyil. Fikir ayrılıqları əsasən prosesin ikinci qatının detalları barədədir
Bu barədə danışıqlar aparmaq üçün Azərbaycanın nümayəndə heyəti gələn həftə Afinaya səfər edəcək. Keçən il Yunanıstan Azərbaycandan 750 milyon kub metr qaz almaq niyyətində olduğunu bildirib. Ekspert hesab edir ki, razılıq olsa, qaz Yunanıstana 2012-ci ildən sonra ixrac ediləcək
Bu barədə Amerika prezidentinin Konqresə göndərdiyi 2008-ci ilin büdcə layihəsində bildirilir. Bu rəqəm 2006-cı illə müqayisədə az qala iki dəfə azdır. 2006-cı ildə ABŞ Azərbaycana 34, 2007-ci ildə isə 28 milyon dollar yardım ayırmışdı
Səfər fevralın ilk yarısında baş tutacaq. Bu barədə «Azadlıq» radiosuna Brüsseldəki diplomatik mənbələrdən məlumat daxil olub. Semnebinin Dağlıq Qarabağa səfəri tanışlıq məqsədi daşıyacaq
Davamı