ABŞ mediasında Barak Obamanın Avropaya turnesini Türkiyə səfəri ilə yekunlaşdırmasına xüsusi diqqət ayrılır
Sergey Lavrovla görüşdə Hillari Klinton ona üstündə qırmızı düymə olan balaca bir qutu bağışlayıb. Düymənin üzərində ingiliscə «reset», rusca isə «pereqruzka» yazılmışdı
İkinci cəhddə referendumda qalib gələn Uqo Çaves indi öz qələbəsini Karakas şəhərində göyə fişənglər buraxmaqla qeyd edib
«Vaşinqton Post» yazır ki, İsrail Qəzza bölgəsində hərbi əməliyyatlara başlayandan bəri Uqo Çaves hökuməti yəhudilərə qarşı ölkə daxilində iri bir təbliğat müharibəsinə başlayıb
Fevralın 8-də «Vaşinqton Post» ABŞ vitse-prezidenti Co Baydenin Münhendə keçirilən beynəlxalq təhlükəsizlik konfransında iştirakını və Rusiya-ABŞ münasibətlərini şərh edən məqalə dərc edib
Tomas Fridmanın fikrincə, münaqişə həddən artıq uzun çəkdiyinə görə, xırda-xırda hissələrə bölünüb - fraqmentləşib. Bu fraqmentləşmə, konflikt coğrafiyasında da öz əksini tapıb
Ekspert Aleks Aleksiyev bu fikirdədir ki, Rusiyanın yaratdığı son qaz böhranı sıradan bir hadisə deyil və Rusiyanın neo-imperialist ambisiyaları üçün sonun başlanğıcından xəbər verən bir siqnaldır
Aparıcı qəzetlərin yazdığına görə böhran dərinləşdikcə, respublikaçı namizədin qarşıdan gələn seçkilərdə qələbə şansları azalmaqda davam edəcək
Baydenin həm Senat, həm də xarici siyasət sahəsindəki təcrübəsi Makkeyni bir çox əsas göstəricilər üzrə üstələyir
Aksiya iştirakçıları Rusiyanın Gürcüstana təcavüzünü pisləyən şüarlar səsləndiriblər
«İndiki hadisələr arasında paralellər apararaq bu qənaətə gəlmək olar ki, demokratik dünyanın ləngiməsi və tərəddüdlər keçirməsi daha geniş təhdid və təhlükələrə yol açar…»
«Nyu York Post» Rusiyanın son hərəkətlərini Almaniyanın Polşaya hücumu və Sovet İttifaqının soyuq müharibə vaxtı hərbi müdaxilələrinə bənzədir
İyulun 24-də «Nyu-York Taymz» qəzeti «Kreml qaydaları. İnvestisiyalar Kremlin şərində tələyə düşür» başlıqlı məqalə dərc edib
Obamanı respublikaçılar vətənpərvər olmamaqda ittiham edəndə onun tərəfdarlarının standart bir cavabı var: «Əsl vətənpərvərlik siyasətçilərin yaxalarına vurduqları balaca bayraqlardan ibarət deyil. Simvollar əsas deyil, əsas atılan addımlardır»
«İslama dair aparılan qorxu kampaniyası qlobal biznesdir. O, cəhalət və bilgisizliyin üzərində çiçəklənir. Obamanın unikal bir imkanı var ki, bu zənciri qırsın ki, burada müsəlmanların terroru pisləməsi də az rol oynamır»
«Vaşinqton Post» bu başlıqda məqalə dərc edib. Məqalədə müəllif ilk dəfə Amerika prezidenti olmaq üçün real şanslar əldə etmiş qaradərili siyasətçi Barak Obamanın prezident seçiləcəyi təqdirdə dünya dövlətləri tərəfindən necə qarşılanacağını araşdırır
Mayın 27-də «Vaşinqton Post» qəzeti «İrana qarşı məntiqli siyasət» başlıqlı məqalə dərc edib. Məqalənin müəllifləri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Zbiqnev Bjezinski və Milli Kəşfiyyat Agentliyinin keçmiş direktoru Uilyam Odomdur
«Vaşinqton Post» demokrat namizəd Hillari Klintonun prezident seçkilərində qələbə çalmaq şanslarını təhlil edən məqalə dərc edib. Müəllif yazır ki, qarşıdan gələn İndiana praymerizində Hillari Klintona daha bir ağır zərbə dəyib
«Putin idarəçiliyi Rusiyanı faşist elementlərinin olduğu qatı avtoritarizm növünə gətirib çıxarıb. Putin bu avtoritarizmə birdən-birə deyil, sürünə-sürünə, tədricən nail olub və eyni yolla Rusiya keçmiş sovet ölkələri üzərində nəzarəti bərpa etməyə çalışır»
«National Review Online»: «Amerikada çoxlarının adını belə eşitmədiyi Fətullah Gülən Türkiyədə getdikcə populyarlıq qazanmaqdadır. Gülənin Türkiyəyə tezliklə qayıda biləcəyini söyləyirlər. Əgər o bunu etsə, Türkiyə 1979-cu ilin Tehranına dönəcək…»
Davamı