Bütövlükdə götürəndə Azərbaycanda demokratiya ilə bağlı bir sıra problemlər var ki, bunlar Avropa Şurasının məruzəçilərinin diqqətin cəlb etməlidir. Ən birincisi söz azadlığı və bununla bağlı məsələlərdir. İkinci ən böyük problem sərbəst toplaşmaq azadlığıdır
Bəzi məlumatlara görə sentyabr ayında Qəbələ RLS-i ilə bağlı üçtərəfli danışıqlar aparılacaq. Bu xəbər Qəbələ RLS-nin sırf təbliğat məqsədilə gündəliyə gətirildiyini iddia edən politoloqların yanıldığını deməyə əsas verir. Sonuncuların fikrincə bu məsələnin gündəliyə gətirilməsi ancaq təbliğat xarakteri daşıyırdı
Təəssüf ki, Azərbaycanda qanuni və icazəli anlayışları var. Hər hansı bir qəza törənəndə deyirlər ki, filan tikili qanunsuzdur. Məsələ bundadır ki, nəsə qanunsuz ola bilər, amma mütləq icazəli olmalıdır. Bu səbəbdən hansısa tikilinin icazəsiz ucaldılmasını iddia etmək sadəlövhlükdür
Ölkədə narazılıq var, özü də hiss olunacaq narazılıqdır. Dünyanın heç bir ölkəsində insanlar durmadan artan qiymətlərdən razı ola bilməzlər. Məsələyə bu aspektdən yanaşanda narazılıq mövcuddur. Amma etiraz yoxdur. Narazılıq passiv formadadır, o, sosial–siyasi tələblərə çevrilmir
Boykot praktikası heç bir nəticə vermir. Beynəlxalq təşkilatlar da boykot siyasətini müdafiə etmirlər. Elə bu səbəbdən müxalifətin bütün hallarda seçkidə iştirak edəcəyini demək mümkündür, hətta bu seçkilər uğursuz olsa belə...
Bu müddət ərzində ancaq Minsk qrupunun həmsədrlərinin çıxışları müzakirə mövzusu olub. Amma Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun dediyinə görə danışıqlar prosesi sentyabrda bərpa olunacaq. Elə danışıqların formatı da həmin ay bilinəcək
Hazırda Orta Asiya respublikalarının bütün kommunikasiya xətləri bilavasitə Rusiyadan keçir. Belə alternativsizlik bu respublikalar üçün müəyyən problemlər yaradır. Bundan ən çox əziyyət çəkən ilk növbədə neft və qaz respublikaları-Türkmənistan və Qazaxıstandır
2008-ci ilin prezident seçkiləri Azərbaycan müxalifəti üçün son seçkilər olmayacaq ki? Prinsipcə bu halı istisna etməmək olar. Məsələ bundadır ki, müxalifət həqiqətən də zəifdir və bu zəifliyin onu hara aparacağı məlum deyil
Digər respublikalar çoxdan özlərinin hərbi doktrinalarını qəbul ediblər. Bu mənada Azərbaycan hətta müəyyən qədər gecikib. Amma payızda sənədin qəbul edilməsi bu gecikməni kompensasiya edəcək
Bu yaxınlarda maraqlı informasiya səsləndi. Məlum oldu ki, qonşu Gürcüstan bu ilin sentyabrında İraqdakı hərbi kontingentinin sayını artıraraq onu 2000 nəfərə çatdırmaq niyyətindədir. Azərbaycanın da belə bir addım atması gözlənilirmi?
Təbii ki, azərbaycanlılar Gürcüstan cəmiyyətinə inteqrasiya olunmalı, rəsmi dövlət dilini bilməlidirlər. Bu, istənilən vətəndaş üçün ilkin tələbdir. Amma problemin mövcudluğunu da unutmaq olmaz
NATO ilə könülsüz inteqrasiyanın bir səbəbi də daxili siyasi proseslərlə bağlıdır. Hökumət ölkənin NATO standartlarına yaxınlaşmasını istəmir. Bu da onunla bağlıdır ki, NATO-ya inteqrasiya ardıcıl siyasi islahatlar tələb edir. Bu islahatlar təkcə ordunu yox, ölkənin bütün sferalarını əhatə etməlidir
ABŞ-la Azərbaycan arasında təhlükəsizlik və enerji sahəsində anlaşma dərinləşdikcə demokratiya problemləri bir qədər arxa plana keçir. Amma sırf geosiyasi problemlər də az maraq kəsb etmir. Burada xüsusilə İran və Qəbələ RLS məsələlərini qeyd etmək lazımdır. Bu məsələlər həm də müəyyən mənada biri–biri ilə bağlıdır
Belə monitorinqlərin nəticələri son anda sessiyalarda müzakirə olunur. Sessiyalar isə yeganə institutlardır ki, Azərbaycan hökumətinə azacıq da olsa təsiri var. Təəssüf ki, digər vasitələr artıq tükənib və ya tükənmək üzrədir, o cümlədən də Avropa Şurasının çoxsaylı missiyaları
Bütün müşahidəçilər Putinin ABŞ-a səfərinin son səfər olduğunu qeyd edirdilər. Növbəti ildə Rusiyada prezident seçkiləri keçiriləcək. Elə ABŞ-ı da bu aqibət gözləyir. Ona görə də, belə qlobal məsələnin yaxın müddətdə həll oluna bilməsi bir qədər şübhəli görünür
Demokratik seçkiləri azad mətbuatsız, siyasi partiyalarsız, qeyri– hökumət təşkilatları olmadan necə təsəvvür etmək olar? Bu sualın cavabını heç kim bilmir. Avropa Şurası isə susmaqda davam edir…
Azərbaycan ordusu bir o qədər də böyük tarixə malik deyil. Qısa müddətli tarixi ənənələrə malik olsa da, ordunun yaşı elə müstəqil Azərbaycanın yaşı qədərdir. Ona görə də, ordu üzərində ictimai və parlament nəzarəti, onun mətbuat üçün açıqlığı problematik olaraq qalır
Bir faktı xatırlamaq kifayətdir ki, müstəqil qəzetlərin metroda satışına qoyulmuş qadağa cəmi iki bundan əvvəl götürülüb. Prinsipcə, indi qəzetlər metroda və digər yerlərdə yayılır. Amma əhalinin alıcılıq qabiliyyəti və qəzetlərin satış qiyməti aşağı olduğundan satış qəzetlərə elə bir mənfəət gətirmir
Mübaliğəsiz demək olar ki, GUAM dövlət başçılarının Bakıda keçirilən zirvə toplantısı --> http://www.azadliqradiosu.az/Article/2007/06/19/20070619164147677.html bütün digər hadisələri kölgədə qoydu. Ümumiyyətlə, son həftələri Azərbaycan üçün sözün əsl mənasında geopolitika həftəsi adlandırmaq olar